Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab: Duanın qəbul olunması üçün müəyyən edilmiş şərait
vardır, o cümlədən:
1-İnsan tam etiqadla dua etsin və bəzi rəvayətə əsasən
öz hacətinin icabətə yetməsinə çox inansın, sanki hacəti artıq müstəcab olmuş
kimidir.
2-Dua zamanı Allahdan qeyrisinə ümid bağlamasın və
ixlasla dua etsin.
3-Təkcə dua etməklə kifayətlənməsin və duadan əlavə
mümkün təbii yollardan da istifadə edib öz çətinliyini aradan aparmağa
çalışsın.
4-Duanın qəbul edilməsinə mane olan məsələləri
aradan aparsın, məsələn əldə edilən haram yeməyi kənar etsin, duadan öncə öz
günahlarından tövbə etsin, haram mal yeməkdən çəkinsin, başqalarına hörmətsizlik
etmədiyi dillə dua etsin (töhmət-qeybət-yalan deməsin və ya tövbə etsin və öz
dilini islah etsin).
5-Duadan öncə və duanın sonunda Peyğəmbərimizə
(sallallahu aleyhi və alih) və Həzrətin pak Əhli-beytinə (əleyhimussəlam)
salavat desin.
6-Duanın qəbul edilməsi insanın məsləhətinə uyğun
olsun. Bəzən mümkündür duanın bütün şəraiti mövcud olsun, amma bununla belə dua
müstəcab olmasın, çünki Allah o şəxsin məsləhətini etdiyi duanın müstəcab
olmamasında görsün. Həmçinin rəvayətdə deyilir ki, Əgər Allah taala müəyyən səbəbə
görə dünyada öz bəndəsinin duasını müstəcab etmirsə, onun axirəti üçün çoxlu
savab yazır.
Eləcə də bəzən insanın duası qəbula yetir lakin
onun icabəti təxirə qalır. Bunun səbəbi barəsində rəvayətdə deyilir ki, Allah
taala mələklərə buyurur: Bu bəndəmin səsini çox eşitmək istəyindəyəm.
Hər halda Allahın rəhmətindən naümid olmayın. Əgər
bu vaxta qədər duanız müstəcab olmayıbsa, bu o demək deyildir ki, sizin
dualarınız və zəhmətiniz hədər getmişdir, əksinə Allah dualarınızın savabını
sizin üçün zəxirə edib yazmışdır. Ola bilsin məsləhət deyilmiş və ya Allah sizi
müəyyən vaxta qədər imtahan etmişdir, deməli dua etmənizə davam edin və
ümidsizliyi özünüzdən uzaq edin.
Nə üçün etdiyimiz dualar qəbul olmur?
30 October 2024 Saat 20:06
Salamun aleykum Allah taala müqəddəs Quranda buyurur: "Çağırın məni (dua edin) Mən də sizin dualarınızı müstəcab edim!" Lakin bir çox hallarda dua edirik, amma müstəcab olmur, yəni dualarımız həyata keçmir. Nə üçün etdiyimiz dualar qəbul olmur? Zəhmət olmasa, bu sualı cavablandırardınız, təşəkkür edirəm.
پاسخ :
Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Cavab: Duanın qəbul olunması üçün müəyyən edilmiş şərait vardır, o cümlədən:
1-İnsan tam etiqadla dua etsin və bəzi rəvayətə əsasən öz hacətinin icabətə yetməsinə çox inansın, sanki hacəti artıq müstəcab olmuş kimidir.
2-Dua zamanı Allahdan qeyrisinə ümid bağlamasın və ixlasla dua etsin.
3-Təkcə dua etməklə kifayətlənməsin və duadan əlavə mümkün təbii yollardan da istifadə edib öz çətinliyini aradan aparmağa çalışsın.
4-Duanın qəbul edilməsinə mane olan məsələləri aradan aparsın, məsələn əldə edilən haram yeməyi kənar etsin, duadan öncə öz günahlarından tövbə etsin, haram mal yeməkdən çəkinsin, başqalarına hörmətsizlik etmədiyi dillə dua etsin (töhmət-qeybət-yalan deməsin və ya tövbə etsin və öz dilini islah etsin).
5-Duadan öncə və duanın sonunda Peyğəmbərimizə (sallallahu aleyhi və alih) və Həzrətin pak Əhli-beytinə (əleyhimussəlam) salavat desin.
6-Duanın qəbul edilməsi insanın məsləhətinə uyğun olsun. Bəzən mümkündür duanın bütün şəraiti mövcud olsun, amma bununla belə dua müstəcab olmasın, çünki Allah o şəxsin məsləhətini etdiyi duanın müstəcab olmamasında görsün. Həmçinin rəvayətdə deyilir ki, Əgər Allah taala müəyyən səbəbə görə dünyada öz bəndəsinin duasını müstəcab etmirsə, onun axirəti üçün çoxlu savab yazır.
Eləcə də bəzən insanın duası qəbula yetir lakin onun icabəti təxirə qalır. Bunun səbəbi barəsində rəvayətdə deyilir ki, Allah taala mələklərə buyurur: Bu bəndəmin səsini çox eşitmək istəyindəyəm.
Hər halda Allahın rəhmətindən naümid olmayın. Əgər bu vaxta qədər duanız müstəcab olmayıbsa, bu o demək deyildir ki, sizin dualarınız və zəhmətiniz hədər getmişdir, əksinə Allah dualarınızın savabını sizin üçün zəxirə edib yazmışdır. Ola bilsin məsləhət deyilmiş və ya Allah sizi müəyyən vaxta qədər imtahan etmişdir, deməli dua etmənizə davam edin və ümidsizliyi özünüzdən uzaq edin.
کلمات کلیدی :
۱,۴۲۱