Bismilləhir-Rahmənir-Rahim
Salamun aleykum
Qurani Kerimdə islamdan qabaq olan peyğəmbərlərin həyatına və keçmiş zamanlarda baş vermiş bezi hadisələrə, bəzən də müəyyən insanların başına gəlmiş hadisələrə, xüsusən bir sıra peyğəmbərlərlə bağlı mövzulara və onların möcüzələrinə işarə edilir; əsasən, ümumi şəkildə, bəzən də təfsilatla bəyan edilir. Amma həzrət Muhəmmədin (sallallahu aleyhi və alih) öz dövründəbaş verən hadisələr, əksərən külli və ümumi şəkildə Quran ayələrində qeyd olunur, amma o ayələrin təfsilatı həzrət Peyğəmbərin və Əhli-beyt imamlarının hədislərində bəyan olunmuşdur. Həzrət Peyğəmbərin (s) həyatı sona yetdikdə həzrət imam Həsən və imam Huseyn əleyhiməssəlam 6-7 yaşda olublar və Peyğəmbərimiz (s) həzrət Əli, həzrət Fatimə, həzrət Həsən və həzrət Huseynə (ə) hörmət, məhəbbət və sevgi bəsləməyin vacibliyi və onların müqəddəs Quranla birgə olmalarını bildirən hədisləri olduqca çoxdur. Bu hədislər yuxarıda qeyd edildiyi kimi bəzi Quran ayələrinin izahında bəyan olunmuşdur. Ümumiyyətlə müqəddəs Quranda həzrət Peyğəmbər və həzrət Əli, Fatimə, Həsən və Huseyn əleyhimussəlam Peyğəmbərin Əhli-beyti (ə) ifadəsi və ibarəsi ilə yad edilir, ona görə imam Əıi, imam Həsən, imam Huseyn və həzrət Fatiməyə aid olan ayələrdən agah olmaq istəyənlər gərək Quranda Əhli-beytə və Peyğəmbərin ən yaxın əqrəbası (əl-qurba) haqda gələn ayələrə müraciət etsinlər. Belə ayələrdən biri Quranın 42-ci (Şura-Məşvərət) surəsində 23-cü ayəni göstərmək olar. قُل لَّا أَسْأَلُکُمْ عَلَیْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِی الْقُرْبَی- ayədə gələn bu cümlədə Allah taala əziz Peyğəmbərinə (s) buyurur ki, müsəlmanlara və bütün insanlara de: "Risalətim və peyğəmbərliyim müqabilində sizdən yalnız mənim ən yaxın ailə üzvlərimə (Əhli beytimə) sevgi və məhəbbət etmənizi istəyirəm..." Bu ayənin şərhində gələn hədislərdə açıq-aydın göstərilir ki, məqsəd ilk növbədə qeyd etdiyimiz beş müqəddəs şəxsiyyət və sonra da onlara ən yaxın olanlar nəzərdə tutulmuşdur. Deməli, bu və digər belə ayələrdə həzrət Peyğəmbərə, həzrət Əliyə, həzrət Fatiməyə, həzrət Həsənə və həzrət Huseynə (əleyhimussəlam) eşq və məhəbbət bəsləmək Qurani kərimdə Allah taalanın bütün müsəlmanlara vacib buyurduğu bir əmrdir. Əlbəttə, bu deyilən məna keçmişdə və hazırda bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir məsələdir, lakin bəziləri bu hökmə əməl etmiş, bəziləri isə nəfslərinə və Şeytana aldanıb ondan boyun qaçırmışlar, necə ki, digər İlahi hökmlərə də, məs.namaz,oruc və s. bəzən əməl edilmiş, bəzən də onlarla müxalifət olunmuşdur...
Həzrət imam Huseyn əleyhissəlama eşq bağlamaq
21 December 2024 Saat 18:42
Salamun aleykum Qurani-Kərimdə imam Huseyn əleyhissəlama eşq və məhəbbət bağlamağa dəlalət edən bir ayə varmı?
پاسخ :
کلمات کلیدی :
۱,۰۳۰