Sualınızı soruşun

23 April 2024 Saat 18:09

Mənim bir problemim vardır. O da bundan ibarətdir ki mənə bir xanim, ayrı bir xanım haqqında söz deyib və mənə halallıqda verməyib. Yəni bu sözü heç kəsə deməməliyəm. Amma bu məsələdə məni çox narahat edir. Bu məsələnin aydınlığa çıxması üçün mən nə edə bilərəm? Bu məsələnin aydınlığa çıxması üçün heç bir şəxsə deyə bilmərəm? Məsələn, ağalardan birinə muraciət edə bilmərəm ki, ağa mənim belə məsələm var buna görə təşvişdəyəm. Yəni bu yükü üstümdən götürmək üçün mən bu xanımın mənə halallıq verib- verməməyinə məhəl qoymalıyam ya bu halallıqdan üz döndərə bilərəm. Mən həmin xanımın bu işi edib etmədiyini necə bilməyim üçün bu məsələni ağalardan məsləhət almaq istərdim. İndi o xanıma necə deyim yəni bunun yolunu bilmək istərdim.Yəni bu xanımın ayrı bir xanım haqqında dediyi sözün həqiqət olub-olmamasını bilmək istəyirəm.

پاسخ :

Əgər başqa bir xanımın eybini sizə deyibsə, onu demək və eşitmək haram idi və indi də  sizin o xanımın eybini kiməsə deməyə haqqınız yoxdur, çünki bu iş  qeybət və haramdır. Həmçinin bu sözün doğru olub-olmamadığını bilməyiniz lazım deyil. Elə hesab edin ki, bu söz o xanımın haqqında doğru deyil. Amma o xanımla evlənmək niyyətində olsanız, gələcəkdə problemlərlə üzləşməməyinizdən ötrü onun haqqında eşitdiyiniz sözü axtarıb araşdıra bilərsiniz. Belə olan halda heç kimə bir söz deməməlisiniz.

کلمات کلیدی :


۲,۳۴۹