Sualınızı soruşun

18 April 2024 Saat 13:30

1-Əsli maye və məst edici olan tibb spirtini Ağa Lənkərani (r.ə) pak bilirdi? 2- Müəyyən bir qidalar var ki, xarab olmayıb saxlanılması üçün onların tərkibinə məst edici spirt vururlar. Belə qidalardan yemək olar?

پاسخ :

1-Əgər bir şey əsli maye və məst edici olsa nəcisdir. Tibbi spirti həzrət Ayətullah Fazil Lənkərani (r.ə) məst edici bilmirdi. Əgər bir nəfər tibbi spirtin nəcis olmasını dəqiq bilsə, nəcis hökmündədir. Amma əgər bir nəfər tibbi spirtin məst edici olub-olmamasını bilməsə pakdır.

2-Əgər spirt məst edici olsa nəcisdir. Məst edici spirtlə qatışıq olan qidanı yemək caiz deyildir. Amma əgər spirt o qədər az ola ki ayrı bir qida ilə qatılanda artıq orada həll olmaqla itib aradan getsin, bu halda o qidanı yeməyin eybi yoxdur.

کلمات کلیدی :


۲,۳۱۰