Baxmayaraq cadu və
sehrin bir həqiqəti var. Amma hər bir işi cadu ilə əlaqələndirmək düzgün
deyildir. Bu işləri ən çox özlərinə gəlir mənbəyi edib bu yolla camaatdan pul
alan “şəxslər” edir.
Istixarə etmək və
Quran açmağın cadu və sehrin olması ilə bir bağlılığı yoxdur. Quranın harasından
başa düşdünüz ki, sizə cadu ediblər. O da, bu izahla ki, qəbrin kənarında
torpağa basdırılıb.
Bu formada olan
istixarələri quranın adı ilə bağlamaq yalandır. Belə insanlar fırıldaqçıdır.
Onların sözünə əhəmiyyət verməyin. İnşallah sizin həyatınızda sehr və cadu məsələsi
yoxdur.
Əgər belə bir şey də
olsa, yəni cadu ya sehr məsələsi olsa, onu batil etməyin yolları vardır.
Onu batil etmək üçün
aşağıdakı göstərişlərə əməl edin:
1-Sədəqə
verin!
2- Çoxlu
quran oxuyun. Məxsusən “Ayətəl kürsü” və əvvəllərində “Qul” kəlməsi gələn – yəni Quranın axırıncı surələri olan Qul
huvəllah, Qul əuzu birəbbinnəs, Qul əuzu biərəbbil fələq və Qul ya əyyuhəl
kafirun surələrin çox oxuyun. Quran oxumaq sehri batil edir.
3- “Məfatihul-cinan”
kitabında sehrin batil olması üçün yazılan duaları oxuyun!
Həmçinin
böyük alim və ariflərimizdən bizə gəlib çatan göstərişlərə 40 gün əməl edin!
İnşaallah heç bir sehr əsər etməz. Vacib namazları xüsusən sübh namazını
vaxtında qılın. Sübh namazından sonra sağ əli sinənizə qoyun 70 dəfə “Ya Fəttah”
deyin, sonra 110 dəfə salavat zikir edin. Bir gündə 5 dəfə “Ayətəl-kürsünu”
oxuyub özünüzə üfləyin. (pülüyün) Hər zaman fikrinizdə narahatçılıq yarandı “La
həvlə və la quvvətə illa billah” zikrini deyin. Bu göstərişi çalışın 40 gün davamlı
şəkildə tamam ailə üzvləriniz də desin. İnşaallah hər bir çətinliklər aradan
gedər. Və sizə də heç bir sehir əsər etməz.
Fırıldaqçı
adamalara da müraciət etməkdən çəkinin!
Cadu haqda
30 October 2024 Saat 20:06
Biz molla yanına istixarə etdirmək üçün getmişdik, amma molla Quranı açıb bizim ailəmiz üçün cadu edildiyini, bir qəbir kənarında basdırıldığını söylədi. Bu cadunu necə tapaq, onu murdarlasaq sehrin təsirindən azad ola bilərikmi?
پاسخ :
Baxmayaraq cadu və sehrin bir həqiqəti var. Amma hər bir işi cadu ilə əlaqələndirmək düzgün deyildir. Bu işləri ən çox özlərinə gəlir mənbəyi edib bu yolla camaatdan pul alan “şəxslər” edir.
Istixarə etmək və Quran açmağın cadu və sehrin olması ilə bir bağlılığı yoxdur. Quranın harasından başa düşdünüz ki, sizə cadu ediblər. O da, bu izahla ki, qəbrin kənarında torpağa basdırılıb.
Bu formada olan istixarələri quranın adı ilə bağlamaq yalandır. Belə insanlar fırıldaqçıdır. Onların sözünə əhəmiyyət verməyin. İnşallah sizin həyatınızda sehr və cadu məsələsi yoxdur.
Əgər belə bir şey də olsa, yəni cadu ya sehr məsələsi olsa, onu batil etməyin yolları vardır.
Onu batil etmək üçün aşağıdakı göstərişlərə əməl edin:
2- Çoxlu quran oxuyun. Məxsusən “Ayətəl kürsü” və əvvəllərində “Qul” kəlməsi gələn – yəni Quranın axırıncı surələri olan Qul huvəllah, Qul əuzu birəbbinnəs, Qul əuzu biərəbbil fələq və Qul ya əyyuhəl kafirun surələrin çox oxuyun. Quran oxumaq sehri batil edir.
3- “Məfatihul-cinan” kitabında sehrin batil olması üçün yazılan duaları oxuyun!
Həmçinin böyük alim və ariflərimizdən bizə gəlib çatan göstərişlərə 40 gün əməl edin! İnşaallah heç bir sehr əsər etməz. Vacib namazları xüsusən sübh namazını vaxtında qılın. Sübh namazından sonra sağ əli sinənizə qoyun 70 dəfə “Ya Fəttah” deyin, sonra 110 dəfə salavat zikir edin. Bir gündə 5 dəfə “Ayətəl-kürsünu” oxuyub özünüzə üfləyin. (pülüyün) Hər zaman fikrinizdə narahatçılıq yarandı “La həvlə və la quvvətə illa billah” zikrini deyin. Bu göstərişi çalışın 40 gün davamlı şəkildə tamam ailə üzvləriniz də desin. İnşaallah hər bir çətinliklər aradan gedər. Və sizə də heç bir sehir əsər etməz.
Fırıldaqçı adamalara da müraciət etməkdən çəkinin!
کلمات کلیدی :
۲۱,۸۴۹