Sualınızı soruşun

04 October 2024 Saat 22:32

Mən 23-24 yaşlı bir cavanam. Hal-hazırda bir müəssisənin işçisiyəm. Doğrusu ümidsizlik vücudumu bürüyüb. Bir nəfər istəyirdim ki, onunla dərdləşim. Mən imansız bir cavan deyiləm, lakin bu günlər mənim üçün olduqca çətin keçir. Düzünü desəm keçən il mənim üçün ömrümün ən çətin keçən illərindən biri idi. Çünki əvvəllər qədrini bilmədiyim indi isə mənim üçün önəmli olan bir nəfəri itirdim. O qabaqlar həyat yoldaşım idi. Biz xoşbəxt idik lakin yalançı qürurlar, yersiz ciddilik, dərmanlara həssaslıq, dəyərsiz şeylər və s kimi bəhanələrim bizi ayrılmağa gətirib çıxartdı. Ən çətini bu oldu ki, iki ay sonra onu birdəfəlik itirdim. Düzünü desəm əgər Allahdan qorxum olmasaydı dünyadan həmişəlik əlimi üzərdim. Mənə yol göstərin.

پاسخ :

Əgər insan həyatında Allah-taalaya əqidəsi, təvəkkülü olsa həmişə Onu öz əməllərinə şahid bilsə, Onun mütləq qüdrətinə diqqət etsə və bilsə ki, hər bir işə qadirdir o zaman belə bir insan heç zaman naümid olmaz. Bilin ki, dünyada çoxlu insan olub ki, həyatlarında sizin səhvinizdən də böyük səhvləri olub. Siz heç zaman Allahın lütf və mərhəmətindən ümidsiz olmamalısınız. Allaha şükür ömrünüzün elə bir mərhələsini yaşayırsınız ki, gələcəyiniz üçün olduqca mühüm tədbirlər töküb proqramlar cıza bilərsiniz.

Heç vaxt keçmişiniz və səhvlərini haqqında düşünməyin. Keçmişinizdən gələcəyiniz üçün ibrət götürməyiniz kifayətdir. Həmişə indiki və gələcək vəziyyətinizə diqqət edin. Öz əlaqənizi Allah-taala ilə möhkəm edin, ibadətlərinizi daha yaxşı, mükəmməl, şirin və dərin edin. Namazın ilk vaxtına və müstəhəb namazların qılınmasına diqqət edin. Özünüzü həmişə Allaha möhtac bilin. Əmin olun ki, həyatınız tezliklə dəyişiləcək. "Kim Allaha təvəkkül edərsə, O (Allah) ona (təvəkkül edənə) kifayət edər". Başqa bir tərəfdən də,  sizi bu hala salan əxlaq və ruhiyyənizi dəyişdirin, diqqətli olun və özünüzü islah etmək istəyində olun. Biz də, sizin üçün dua edərik.

 


کلمات کلیدی :


۲,۴۰۶