Sualınızı soruşun

10 November 2024 Saat 21:43

Allah darıxırmı? Allaın hövsələsi qutarırmı? Allahın bir kəslə söhbət etməyə ehtiyacı varmı? Allahın bir şeyi görməyə ehtiyacı varmı? Allahın bir şeylə oynamağa ehtiyacı varmı? Allahın öz bəndəsinin ibadətinə ehtiyacı varmı? Allah ona ibadət etsinlər deyə varlıqları yaradır, buna ehtiyacı varmı? Allah mələk, insan və cinlərdən özü üçün ordu toplayır ki, onlar bir-birləri ilə müharibə etsinlər? Allahın mehribançılığa ehtiyacı vardır? Allah adildirmi? Allah ədaləti riayət edirmi? Sizin cavabinizi bilirəm. Əgər sizin cavabınız düzdürsə o zaman niyə Allah insanı yaratdı? Əgər Allah adildirsə niyə görə, dünyaya gələn bir uşaq şah, digər bir uşaq kasıb olur? Şahın oğlu nemətlərlə böyüyür, amma kasıb olan uşaq hətta bir gecənin yeməyinə belə möhtacdır? Məgər uşaqların dünyaya gəlməsi öz əllərindədir ki, hansı ailədə yaşamaqlarını özləri seçsinlər? Əgər Allah insanı yaratmasaydı hansı bəndə Behiştə getmək istəyərdi, ya hansı bəndənin haqqı tapdalanardı? Hansı bəndə pis əməl görüb Cəhənnəm əhli olmaq istərdi? Əgər Allah mehribandırsa və əvvəldən belə olacağını bilirdisə, edə bilməzdimi ki, heç bir insanı yaratmasın və o insan da günah edib cəhənnəmlik olmasın? Mənə məktəbdə deyirlər ki, ağac, dağ, dünya, yer və zaman varsa, bəs Allah da vardır. Axı yerin və zamanın olması Allahın olması ilə nə əlaqəsi var?

پاسخ :

1.Allah-taala sonsuz və tükənməz bir varlıqdır. O mütləq qüdrət sahibidir. O, hər şeyə qadirdir və onun qüdrətinin sonsuz olması şübhəsizdir. Kainat aləminin əzəmət genişliklə yaranması, həmçinin dünya varlıqları arasında hakim olan dəqiq nizam- intizamın olması Onun qüdrətinə ən yaxşı dəlildir. Qadir, Alim, Həyy (sağ, diri) və bu kimi sifətlər Allahın sifətlərindəndir. Sonsuz varlıq və mütləq qüdrət sahibi olmağın nəticəsi budur ki, onun heç nəyə ehtiyacı yoxdur, bəs nəticə etibarı ilə Allahın heç nəyə ehtiyacı yoxdur.

Mələklərin yaranması Allahın onlara ehyiyacı üzündən deyil, bəlkə Allahın sünnəsi (iradəsi, üslubu) bunu tələb edir ki, dünyanı səbəb və səbəbkar şəklində yaratsın və bu dünyada bütün mühüm hadisələri Allahadan itaət edən mələklərin vasitəsi ilə həyata keçirsin. Mələklər də öz vəzifələrini yerinə yetirərək “səbəb və səbəbkar” qanunu hər yerdə həyata keçirirlər ki, heç kəs bu dünyanın hadisələrinin səbəbsiz həyata keçməsini düşünməsin.

Qurani-kərim buyurur: “Allahın ordusunun (ləşkərinin) sayını özündən başqa heç kəs bilmir.”1

 

Misal olaraq kiçik bir ağcaqanadın Allahın fərmanı ilə Nəmrud və qoşunlarını məhv etməyə qüdrəti çatır, yaxud Əbabil adlı kiçik quşlar Əbrəhənin qoşununu darmadağın edir. Bütün məxluqat Allahın qoşunudur və bu ehtiyac üzündən deyi, bəlkə dünyadakı işlərin səbəblərini təbii yolu ilə cərəyan etdirməkdir. Hər bir yaranmışın və varlığın bu dünyada özünəməxsus vəzifəsi vardır. Heç nə və heç kim hikmətsiz yaranmamışdır.

 

2.Allah Adildir. Dünyanı ədalət əsasında yaratmışdır və öz bəndə və yaratdıqlarının haqqında kiçik bir zülm etməsi qeyri-mümkündür. Allahın heç kəs və heç nəyə möhtac olmaması buna bir sübutdur. Onda heç bir zaman zəiflik və süstlük olmur ki, başqalarına zülm etməyə ehtiyacı olsun. Buna görə də mütləq şəkildə Adildir.

Eyni halda Allah mütləq qüdrət sahibidir və başqalarının ona qarşı mehriban olmasına ehtiyacı yoxdur. Əksinə Özü bütün bəndələrinə qarşı mehribandır. Allahın öz bəndələrinə olan məhəbbəti ananın uşağına olan məhəbbətindən də çoxdur. Amma Allahın bu mehribanlığı ona itaət etməklə rəhmət və mehribanlığa zəmin yaradan bəndələrə aiddir. Amma üsyan və günahla Allahın rəhmətini özlərindən uzaqlaşdıran şəxslər öz çirkin və uğursuz əməlləri ilə əzab üçün zəmin yaradırlar.

Amma Allah niyə bəşəri yaratdı?

Bu yaranışdan məqsəd ibadət, itaət və Allahı tanımaqdır. Onun nəticəsi kamala çatmaqdır. Allah-taala buyurur: “Cin və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım.” İbadətin müqəddiməsi Allahı tanımaqdır.

Elə buna görə Allah heç bir varlığı, xüsusilə insanı hədəfsiz yaratmamışdır. Ümumiyyətlə yaranış aləmi məqsədli şəkildədir və Quranda insan və cinlərin yaranış fəlsəfəsini “ibadət” kimi göstərmişdir. Quran təfsirçiləri onu Allahı tanımaq mənasında təfsir etmişlər. Amma bu Allahın bəndələrinin ibadətinə ehtiyacı olması anlamına gəlmir. Əksinə bəşərin Allahı tanımaq qabiliyyəti olması və Allah bu fürsəti onun ixtiyarında qoyması anlamına gəlir. Əgər Allah onu yaratmasaydı belə bir sual yaranardı: «Ey Allah, mənim belə qabiliyyətim olan təqdirdə niyə mənə fürsət vermədin və niyə yaratmadın ki, kamala çatam?!»

 

3.Biri şah doğulur və o biri kasıb, yaxud biri əlil doğulur o biri sağlam”sualına gəlincə, bunların Allahın ədalətinə heç bir aidiyyəti yoxdur. Cünki Allah bəşəri bərabər və heç bir fərq qoymadan yaratmışdır. Amma dediyimiz kimi Allah dünya işlərini təbii yolla cərəyan etdirir. İnsanın yaranışı da o qayda üzərindədir. Ona görə bir sıra amilləri valideynin özləri yaradır və nəticədə uşaq əlil olur. Yaxud başqa amillərin təsir qoyması da mümkündür. Eləcə də bəndələrin bir-birlərinə zülm etməsi və aralarında ayrı-seçkilik salması birinin şah, digərinin kasıb və dilənçi olmasına səbəb olur. tün dünya hökumətləri – Allah qanunu ilə olan hökumətdən başqa  zalım, qəddar və Allah hökumətinin qarşısında duran hakimlərdir. Allah-taala bu dünyada onlara möhlət verir, sonda onları əzab və bəlaya düçar edir. Əslində onların özü bu bəlanı insanlara zülm etməklə qazanmışlar.

 

4.Amma Behişt və Cəhənnəm məsələsi: Bilməlisiniz ki, Allah-taala insanı Cəhənnəm üçün yox Behişt üçün yaratmışdır. Allah insanı yaratmış və bundan əlavə tərəqqi, inkişaf, mərifət səadətə çatmaq nemətini də onun ixtiyarında qoymuşdur. Bir az öncə də qeyd etdik ki, “insan” adlı varlığın kamala çatmaq qabiliyyəti varıdır.

Amma insanların bir çoxu yolunu azmış və nəticədə Allahın əzabına düçar olur. Mümkündür bu məsələyə şübhə ilə yanaşılsın. Ona görə də məsələyə açıqlama gətiririk:

Cavab: Əgər ata uşaqlarına məhəbbət üzündən bütün imkanlarını onların ixtiyarında qoyub bu sərmayədən yaxşı istifadə et, əyri yola getmə deyirsə, lakin övlad öz ixtiyarı ilə sərmayəni hədərə verib kasıblasa məsuliyyət onun özü ilədir. Onu bu vəziyyətə salan atası deyil, onun əməllərinin nəticəsidir. Bu cəhətdən Allah-taala Quranda buyurur: ”Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.”

Behişt və Cəhənnəm insanın öz əməllərinin nəticəsidir və hər kəs sərmayəni özü əldən versə və ya onun vasitəsi ilə özü üçün acı aqibət düzəltsə özünü danlamalıdır. Yalnız məcburi hallar istisna olunur və o şəraitdə də Həkim Allah o şəxsə əzab vermir.

Amma həmişə belə deyildir. İnsan hər bir işi öz ixtiyar və seçimi ilə görür. Çünki həm ağlı vardır həm də ixtiyarı. Bunlardan əlavə Allah-taalanın peyğəmbər və imamlarının vasitəsi ilə hidayət nemətlərindən də faydalanmışdır.

İndi bu təfərrüatla sizə sual verirəm: İnsafla deyin, biz Allahı borclu çıxarmalıyıq ya özümüz ona borcluyq? Əgər yaxşı əməllər görsək və Allahın əbədi nemətlərinə çatsaq, bu işin özü yaranışın məqsədli olmasına yetmirmi? Yenə burda təkrar edirəm ki, əgər Allah bəşəri bu qabiliyyətlə yaratmasaydı sual yaranmazdımı ki, bir şey mövcud olub səadətə çata bilərdisə, niyə Allah bu neməti ondan əsirgədi?

 

5.Amma Allahın elmi: Allahın insanların əməllərinə olan elmi belədir ki, Allah bilir insan öz ixtiyarı ilə belə iş görəcəkdir.

Nəticədə Allah insanı ixtiyar sahibi yaratmış və ona ağıl və ixtiyar vermişdir. Peyğəmbər və övliyalarının hidayət nemətini də onun ixtiyarında qoymuşdur. Allah-taala heç kimi alçaq və bədbəxt olmağa məcbur etməmişdir.

İxtiyarın da mənası belədir ki, insan yaxşı olmağı da, pis olmağı da bacarır və Allahın bu məsələyə alim olması da insanı məcbur etmir. Çünki Allahın elmindən məqsəd Allahın filan şəxsin öz ixtiyarı ilə cinayət törədəcəyini bilməsidir.

 

6- Amma məktubun axırıncı hissəsi: Yer və zaman, dağ, ağacın Allahın varlığı ilə necə əlaqəsi var?

Əgər siz özünüz bir az diqqət edib fikirləşsəniz onun cavabını əldə edə bilərsiniz.

Qısa bir bəyanla, siz tüstünün varlığından odun varlığını, həmçinin gözəl bir binanı gördükdə mahir bir bənnanın varlığını anlayırsınız. Onda fikirləşin, bu genişlikdə dünyanı, bu qədər sabit və səyyar planet və ulduzları, bu gözəl, böyük və faydalı dağları, ağacları, otları və bu qədər varlıqları kim yaratmışdır? Bunların varlığından mütləq Yaradan Allahın varlığını anlamırsınızmı?

Ümüd edirəm ki, bu qısa cavab sizi qane etsin! Daha ətraflı tanışlıq üçün şəhid Mütəhhərinin “Allahın ədaləti” və cənab Qiraətinin kitablarına müraciət edə bilərsiniz.

 



1              Müddəssir”, 31


کلمات کلیدی :


۳,۳۶۸