Sualınızı soruşun

24 April 2024 Saat 04:22

Dövlət universitetlərinin birində ikinci kurs tələbəsiyəm. 20 yaşım vardır. Zahirən müsəlmanam, amma Allahı yaxşı tanımıram, dinimi tanımıram. Dünyaya gəldiyim zamandan ancaq onu bilirəm ki, müsəlmanam. Əgər Allah barəsində məndən bir şey soruşsalar, nə cavab verəcəyimi bilmirəm. Heç bilmirəm Allah kimdir?! Adım müsəlman olduğu üçün bir ildir ki, namaz qılıram. Birinci ildir ki, kamil şəkildə oruc tuturam, amma dinimi tanımıram. Dinimi seçmək üçün heç vaxt mənə seçim haqqı verməyiblər. Hər zaman başqa dinlərin adını çəkəndə, üzdə müsəlman olanların hamısı mənə hücum edir və deyirlər sən müsəlman deyilsənmi? Maraqlıdır ki, özləri də İslamdan heçnə bilmirlər, ancaq iddia edirlər. Hərdən fikirləşirəm ki, adı Allah olub məni yaradan o kəsin qüdrəti məndən daha çox olduğu üçün namaz qılmalıyam ki, həyatda olan şeylərimi məndan almasın, ya hətta varlığına şübhə ilə yanaşdığım o biri dünyada mənə əzab verməsin. Çünki gözlərimlə görmüşəm ki, bir işə başlayan zaman onun adını gətirməyəndə (çəkməyəndə) işimin nəticəsi olmur, hətta bəzi vaxtlar bir ömür səy və zəhmətim hədərə gedib. Hətta hərdən zirvəyə yüksəldiyim zaman onu unudanda, təzədən yerə enmişəm. Həqiqətən mənim üçün sual yaranır ki, haqqında danışdığımız Allah məni və başqa bir çoxlarını yaratmışdır və bizim ibadətimizə ehtiyacı yoxdur niyə görə onu unudan zaman bizim həyatımızı əlimizdən alır, lakin İslamdan dəm vurub qeybət edənlərlə, yalan danışanlarla bir işi yoxdur? Ümid edirəm mənim bu suallarım cavabsız qalmayacaqdır, çünki kimdən soruşuramsa, mənə cavab vermir. Mənim Allaha baxışımın dəyişməsi, İslamı yaxşı tanımağım və onun nə olduğunu, nə istədiyini bilmək üçün mənə kömək etməyinizi istəyirəm. Kömək etsəniz sizə minnətdar olaram. Lütfən İslamı nəzərə almadan Allahı tanıtdırın!

پاسخ :

Sizin sualınız çox ümumidir və bu sualın cavabı bir məktuba sığmaz. Allahı İslamın həqiqətlərini olduğu kimi tanımaq üçün siz onlar haqqında etiqadi kitablar mütaliə etməli və dərin araşdırmalar aparmalısınız. Lakin qısa və müxtəsər şəkildə sizin sualları cavablayıram:

İslam dini ağıl və fitrətə dayanan (söykənən) bir dindir. Həzrət İsa (ə), həzrət Musa (ə) həzrət İbrahimin (ə) dinləri kimi, bütün öncəki səmavi dinlərin tamamlayıcısıdır.

İslam qanunları insanın məsləhət və zərərləri əsasında bünövrəsi qoyulub və bəyan edilmişdir.

İslam Allahın vücudunun həqiqətini “sübuti-sifətlər” ( Allaha nisbət verilən müsbət sifətlər) səlbi sifətlər” (Allahdan uzaqlaşdırılan mənfi sifətlər) ünvanında (təqdim edir) tanıtdırır.

 

“Sübuti-sifətlər” haqqında: İslam dini “sübuti-sifətlər”də Allahı həmişə var olan, əbədi və əzəli bir mövcud kimi tanıtdırır. Həmçinin Allahı mütləq qüdrət, kamal və elm sahibi kimi təqdim edir.

Allah kainat aləmini onun bütün əzəmət və nizam-intizamını bir iradə ilə yaratmışdır. Aləm Onun qüdrəti sayəsində hərəkət edir. Əgər bir an rəhmət və nəzərini aləmdən götürsə, bütün varlıq aləmi məhv olar və kainatın nizamı bir-birinə dəyər.

“Səlbi sifətlər” haqqında: İslam bütün eyibləri Allahdan uzaq bilir və Onu hər şeydən ehtiyacsız tanatdırır.

Eləcə də Allahı şəriksiz bilir və Allah yeganə varlıqdır ki, başqa bir varlığın iştirakı olmadan əzəmətli kainatı yaradıb və onu idarə edir. Milyonlarla növdə olan məxluqu yaradıb onların hamısına ruzi verir.

 

1.Tövhid:

Allah vahid və yeganə varlıqdır. Əlbəttə Onun vahidliyi və tək olması ədəd mənasında deyil, əksinə misilsiz və tayı-bərabəri olmayan mənasındadır. Belə ki, Allahı bu şəkildə tanıtdırmaq İslamın əqidə əsaslarındandır.

Tövhidin mətəbələri vardır:

a) Zatda tövhid: Allahın zatının bənzəri və tayı-bərabəri yoxdur.

b) Sifətlərdə tövhid: Allahın sifətləri bir həqiqətə qayıdır və Allahın sifətləri eynilə Onun zatıdır.

c) İbadətdə tövhid: Təkcə Onun pak zatı pərəstiş və ibadət edilməyə layiqdir.

d) İşlərdə tövhid: Yaranışın və dünyada olan nizam-intizamın qaynağı Allahdır və bu dünyada hər bir iş və hər bir hərəkət Onun müqəddəs vücudundan irəli gəlir.

İşlərdə tövhidin də özünəməxsus şaxələri vardır:

a)Xaliqiyyətdə tövhid: Yaranış yalnız Ondandır.

b)Rübubiyyətdə tövhid: Varlıq aləminin idarəsi və onlar üçün tədbirin tökülməsi  yalnız Onun əlindədir.

c)Malikiyyətdə tövhid və təkvini (genezis) hakimiyyət: Hər şeyin maliki Allahdır və bütün məxluqata hakimiyyət etmək Ona məxsusdur.

d)Qanunvericilikdə tövhid:

v)İtaətdə tövhid: Yalnız Onun və yaxud itaətinə əmr etdiyi şəxslərin göstərişlərinə  itaət edilməlidir.

 

2.Əsasən Allahı tanımaq üçün 6 yol təqdim olunmuşdur: 5-i əqli,1-i fitri.

1.Nəzm bürhanı1: Bütün aləm nizam-intizamla yaranmışdır.

2.Dəyişiklik və hərəkət bürhanı:

3.Vücub və imkan bürhanı: “Vücub” yəni onun vücudunun heç nəyə ehyiyacı yoxdur, “İmkan” yəni onun vücudunun özündən qeyrisinə ehtiyacı vardır.

4.Səbəb və Nəticə bürhanı: Yəni hər bir varlığın vücuda gəlməsi üçün səbəbə ehtiyacı var.

5.Siddiqin bürhanı: Yəni “vücudun əsaləti” anlayışından faydalanaraq Allahın varlığını sübut edir.

6.Fitrət və daxili seyr yolu:

Qeyd: Əlbəttə bu yolların hər birini izahı üçün tövhid haqqında yazılan əqaid kitablarını mütaliə etməyiniz lazımdır.

 

3.Peyğəmbərləri tanımağın yolları:

a)Möcüzə: Peyğəmbərləri tanımağın birinci sübutu möcüzənin olmasıdır. Yəni “Nübüvvət” iddiası ilə yanaşı başqalarının, hətta sehirbazların da edə bilmədiyi qeyri-adi işləri yerinə yetirsin. Məsələn, İslam peyğəmbərinin (s) “Şəqqül-qəmər” (Ayı parçalamaq) möcüzəsi kimi.

b)Peyğəmbərlərin dəvətinin məzmun və mahiyyətini araşdırmaq.

c)Peyğəmbərlərin risalətinin doğruluğuna dəlalət edən sübut və şahidlərin toplanması.

d)Həmin peyğəmbərdən öncəki səmavi kitabların təsdiqi və öncəki peyğəmbərlərin onun gəlişinə şəhadət verməsi: Allah tərəfindən insanların hidayəti üçün peyğəmbərlərin vasitəsi ilə göndərilmiş dinlərin hamısıın kökü və məqsədi eynidir. Həmişə hər öncəki peyğəmbər özündən sonra gələcək peyğəmbərin xəbərini və hər sonrakı peyğəmbər də özündən öncəki peyğəmbəri təsdiq etmişdir. Bu əsasla İncil və Tövrat kimi öncəki səmavi kitabları İslam peyğəmbəri həzrət Mühəmmədin (s) besəti və gəlişi haqda müjdə vermişdir.

 

4.İmamın tanıma yolları:

a)Quran ayələri: Quran bir sıra ayələrində ümumi imamət və vilayət məsələsini sübut etmişdir: «İnzar – qohum-əqrəbanı İslama dəvət etmək» ayəsi («Rəd» surəsi 7-ci ayə) və «Ulul-əmr – əmr sahiblərinə itaət» ayəsi («Nisa» surəsi 59-cu ayə)

b)Rəvayətlər: İmamətin sübutu üçün çoxlu rəvayətlər vardır ki, ümumi şəkildə bunlardan ibarətdir:

Səqəleyn hədisi”, “Səfinə hədisi”, “Nücum hədisi” “İsna əşər imamların hədisi

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətlərdə, Həzrət Rəsul (s) 12 imamı öz canişini və özündən sonra camaatın imam və rəhbəri ünvanında təqdim etmişdir və bu rəvayətlər əhli-sünnənin də mənbələrində mövcuddur.

Baxmayaraq ki, sizin dediyiniz kimi ”imam” kəlməsi əhli-sünnənin kitablarında yoxdur, lakin Peyğəmbərin (s) özündən olan hədislər bəyan edir ki, xalqın gələcək rəhbərliyi və hidayəti Peyğəmbərdən (s) sonra 12 imam və rəhbərə tapşırılmışdır və bunun özü “imamət” məsələsinin sübutudur.

 

5.“Niyə namaz qılırıq və Allahın bizim namazımıza nə ehtiyacı var?”sualına cavab olaraq:

Diqqət etməlisiniz ki, Allahın bizim namazımıza ehtiyacı yoxdur, lakin bizim namaz qılmağa ehtiyacımız var. Çünki: Allah insanı kamala çatmaq üçün yaratmışdır və kamala çatmaq yolunu da Özü ilə təmiz qəlblə əlaqədə və Ona ibadət və itaətdə qərar vermişdir. Namaz Allah ilə ən yaxşı əlaqə vasitəsi və ən səmimi ibadətdir. Eləcə də, Allah qarşısında digər ibadətlər də, insanın kamala çatması üçün zəmin yaradır. Bu cəhətə görə insanın namaz qılmağa ehtiyacı vardır.

Əlavə olaraq Allah insana çoxlu nemətlər vermişdir və o nemətlərə görə də Uca tanrıya şükür etmək lazımdır. Ağıl baxımındanağıl sahiblərinin nəzərində əgər kimsə nemət sahibinin qarşısında təşəkkür etməsə məzəmmət olunmuşdur və namaz da ilahi nemətlər qarşısında təşəkkür hesab olunur.

Namaz insanla Allahın arasında olan əlaqə və onunla söhbət etməkdir və hər bir insanın həyatda bir söykənəcəyə ehtiyacı vardır. İnsanın ən yaxşı dayağı Allahdır. Namaz qılmaq həqiqətdə Allahın sonsuz qüdrətinə söykənməkdir.



1           Bürhan” – dəlil, sübut, isbat mənalarında işlədilir.


کلمات کلیدی :


۳,۲۵۰