Sualınızı soruşun

21 December 2024 Saat 17:16

Salam. Namazda əllərin bağlanmasının caiz olmadığı haqqında əhli-sünnə kitablarında bir dəlil varmı? Varsa xahiş edirəm bir neçəsini qeyd edəsiniz.

پاسخ :


Bismillahir-Rəhmanir-Rəhim

Salamun aleykum

Əhli-beyt əleyhimussəlamdan çatan hədislərə əsasən əli bağlı namaz qılmaq batildir. Əhli-sünnə məzhəbində isə cayizdir, lakin vacib deyil. Maliki məzhəbinin banisi olan Malik ibn Ənəs və maliki alimlərinin nəzəri digər əhli-sünnə məzhəblərinin nəzəri ilə müxalifdir. Onlar hətta vacibi namazlarda əli bağlı (təkəttof halında) namaz qılmağı müstəhəbb belə bilmirlər.

Əhli-sünnə məzhəbləri alimləri əli bağlı namaz qılmağın necəliyi və keyfiyyətində də nəzərləri ixtilaflıdır.

Əhli-beytin (əleyhimussəlam) dini mənbələrində namazda əli bağlı namaz qılmağı təsdiq edən mötəbər dəlillər yoxdur. Əksinə bəzi rəvayətlərdə bu məsələnin ziddi istifadə olunur.

Əhli-sünnənin namazı əli bağlı qılmasına ən mühüm dəlil Buxarinin nəql etdiyi rəvayətdir ki, Əbi Hazem, Səhl ibn Sə`ddən belə nəql edir: Camaat əmr edirdilər ki, namaz qılan şəxs namaz qılarkən sağ əlini sol dirsəyinin üzərinə qoysun. (Səhih Buxari kitabı, 1-ci cild, səh. 181, hədis-740. Kitabul-əzan, bab 87-vəz`ul yumna ələl-yusra). Bu rəvayətdə aydın bildirir ki, (الناس يؤمرون) yəni camaat əmr edirlər. Demir ki, Peyğəmbər (sallallahu əleyhi və alih) əmr etdi ki, sağ əli sol əlin üzərinə qoysun. Eləcə də məlum deyildir ki, kim bu əmri etmişdir.

Əhli-beyt əleyhimussəlamdan yetişən rəvayətlərə əsasən əlləri bağlayıb namaz qılmaq cayiz deyil və əlibağlı namaz qılmağı qadağan etmişlər.

Zürarənin həzrət İmam Baqir əleyhissəlamdan nəql etdiyi “həsən” sənədli hədisdə belə deyilir: “لا تُكَفِّر فإنما يصنع ذلك المجوس” Həzrət İmam Baqir əleyhissəlam buyurdu: Təkfir (əlləri namaz qılarkən bir-birinin üstünə qoymaq) etmə, belə ki, təkfir etmək məcusun işidir. (Mənbə: Vəsailuş-Şiə, 7-ci cild, səh. 266, hədis 9297; Əl-Kafi, 3-cü cild, səh. 336, hədis 9)

Həmçinin, Muhəmməd ibn Muslim həzrət İmam Baqir əleyhissəlamdan belə nəql etmişdir: “قلت له : الرجل يضع يده في الصلاة وحكى اليمنى على اليسرى فقال : ذلك التكفير لا تفعله” Həzrət İmam Baqir əleyhissəlama dedim: Bir nəfər namaz qılarkən sağ əlini sol əlinin üstünə qoyur. Həzrət buyurdu: Bu təkfirdir, bunu etmə. (Vəsailuş-Şiə, 7-ci cild, səh. 265, hədis 9295; Ət-Təhzib 2-ci cild, səh. 84, hədis 310)

Əhli-beyt əleyhimussəlamın məktəbi alimləri hamılıqla namaz əsnasında əlləri bağlamağı haram və namazı batil edən səbəblərdən saymışlar. Çünki bu əməl bid`ətdir, eləcə də Allah taalanın əmrinə və Peyğəmbərin (sallallahu əleyhi və alih) namaz qılmaq tərzilə müxalifdir. Belə ki, Peyğəmbər Əkrəm (sallallahu əleyhi və alih) əlləri açıq surətdə namaz qılmışdır.

 Peyğəmbər Əkrəmin (sallallahu əleyhi və alih) əlləri açıq surətdə namaz qılmasının dəlili, Şiə mənbələrindən əlavə əhli-sünnənin bir çox mötəbər rəvayətləri də bu məsələ ilə bağlı nəql edilmişdir. Burada, əhli-sünnə mənbəlrində Peyğəmbərin (sallallahu əleyhi və alih) namazını təsvir edən rəvayətlərin ən mötəbərlərindən birinə işarə edirik:

روى محمد بن عمر وابن عطاء قال : سمعت أبا حميد الساعدي في عشرة من أصحاب رسول الله صلى الله عليه وسلم منهم أبو قتادة فقال أبو حميد : أنا أعلمكم بصلاة رسول الله صلى الله عليه وسلم قالوا : فأعرض قال : كان رسول الله صلى الله عليه وسلم إذا قام إلى الصلاة يرفع يديه حتى يحاذي بهما منكبيه ثم يكبر حتى يقر كل عظم في موضعه معتدلا ثم يقرأ ثم يكبر فيرفع يديه حتى يحاذي بهما منكبيه ثم يركع ويضع راحتيه على ركبتيه ثم يعتدل فلا يصوب رأسه ولا يقنعه ثم يرفع رأسه ويقول سمع الله لمن حمده ثم يرفع يديه حتى يحاذي منكبيه معتدلا ثم يقول : الله أكبر ثم يهوي إلى الأرض فيجافي يديه عن جنبيه ثم يرفع رأسه ويثني رجله اليسرى فيقعد عليها ويفتح أصابع رجليه إذا سجد ويسجد ثم يقول الله أكبر ويرفع ويثني رجله اليسرى فيقعد عليها حتى يرجع كل عظم إلى موضعه ثم يصنع في الأخرى مثل ذلك ....قالوا : صدقت هكذا كان يصلي صلى الله عليه وسلم.

Muhəmməd ibn Ömər və İbn Əta rəvayət etmişlər ki, Əbu Həmid (Humeyd) Saedi deyir: Mən həzrət Rəsulullahın (sallallahu əleyhi və alih) necə namaz qılmasına hamınızdan daha çox agaham. Ona dedilər: Həzrətin necə namaz qılmasını bəyan et. O dedi: Həzrət Rəsulullah namaza durduğu zaman iki əllərini yuxarı, qulaqlarının bərabərində qaldırıb sonra təkbir deyərdi. Bütün bədən üzvləri hər biri öz yerində qərar tutduqdan sonra “Həmd” və surəni qiraət edərdi. Sonra təkbir deyib iki əlini qulaqları səviyyəsində yuxarı qaldırar və sonra ruku edib iki əlinin içini dizlərinə qoyar və sakit halda başını bir qədər yuxarı tutar və çox aşağı salmadan deyərdi: “Allah Onu mədh edən kəsin səsini eşitdi.” Sonra iki əlini yuxarı qulaqları həddinə qaldırıb: Allahu Əkbər deyər və torpağa əyilər (səcdə edər) və iki əlinin içini öz kənarında yerə qoyardı. Sonra başını qaldırıb sol ayağının üstünə oturardı. Səcdə etdiyi zaman ayaq barmaqlarını açar (yerə qoyar) səcdə edərdi. Sonra Allahu Əkbər deyər başını qaldırar və sol ayağı üstə oturardı, belə ki, bütün bədən üzvləri öz yerində sakin qərar tutardı. Sonra ikinci rükəti də həmçinin, bu tərzdə təkrar edərdi.

(Orada olanlar) Dedilər: Doğru dedin, Rəsulullah sallallahu əleyhi və alih elə bu cür namaz qılardı...

Bu hədisi əhli-sünnə alimləri öz mötəbər dini mənbələrində, o cümlədən, imam Malik özünün “Məvəttə`” kitabında və Əbu Davud da nəql etmişdir. Termizi bu hədisi belə qiymətləndirmişdi: “حديث حسن صحيح” yəni, hədis “həsən” və “səhih”dir.

Eləcə də Sunən ibn Macə, 1-ci cild, səh. 280; Sunən Əbi Davud, 1-ci cild, səh. 170, “كتاب الصلاه باب استفتاح الصلاه” (kitabus-səlat, bab istiftahus-səlat); Sunən Termizi, 1-ci cild, səh. 188, “باب ما جا في وصف الصلاه” (bab ma caə fi vəsfis-səlat); Musnəd Əhməd, 5-ci cild, səh. 424, Sunən Daremi, 1-ci cild, səh. 314, “كتاب الصلاة باب صفة صلاة رسول الله” (kitabus-səlat, bab sifəti səlatu Rəsulillah (sallallahu əleyhi və alih); Sunən Kubra Beyhəqi, 2-ci cild, səh. 72; Umdətul-qari, 6-cı cild, səh. 104; Səhih İbn Həbban, 5-ci cild, səh. 196-da bu hədisi nəql etmişlər.

(سنن ابن ماجة ، ج 1، ص 280 ، سنن أبي داود، ج 1، ص 170 كتاب الصلاه باب استفتاح الصلاه ، سنن الترمذي، ج 1، ص 188 باب ما جا في وصف الصلاه ، مسند أحمد ج 5، ص 424، سنن الدارمي ، ج 1، ص 314 كتاب الصلاة باب صفة صلاة رسول الله ، السنن الكبرى للبيهقي، ج 2، ص 72 ، عمدة القاري، ج 6، ص 104 ‘ صحيح ابن حبان ج 5 ص 196)

Həmçinin, Buxari özünün Səhih Buxari kitabında, 1-ci cild, səh. 201-də (kitabus-səlat, bab sunnətil culusi fit-təşəhhud) bu hədisi müxtəsər şəkildə nəqi etmişdir.

(صحیح البخاری، ج 1، ص 201، كتاب الصلاة ، باب سنّة الجلوس في التشهد)

Əhli-sünnənin böyük alimlərindən olan Şovkani deyib: Bu hədisi “Sihah sittə” (altı mötəbər və səhih kitablar) sahibləri-Nəsaidin başqa hamısı səhih kitablarda nəql etmişdilər və Termizi bu hədisi “səhih” qiymətləndirmişdi.

Qeyd edilən bu rəvayətdə göründüyü kimi ravinin qəsdi Rəsulullahın (sallallahu əleyhi və alih) namazını bütün cüziyyatı ilə kamil şəkildə bəyan etmək olmağına baxmayaraq, Rəsulullahın (sallallahu əleyhi və alih) əlləri bağlı namaz qılmasından heç bir kəlmə də nəql edilməmişdi. Əgər Peyğəmbər əkrəm (sallallahu əleyhi və alih) əlləri bağlı namaz qılsaydı bu hədisdə gərək nəql ediləydi. Ona görə ki, hədisdə həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) namaz halında bütün hərəkətinin cüziyyatı və əllərinin vəziyyəti bəyan edilmişdi.

Deməli, məlum olur ki, həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) əlləri açıq şəkildə namaz qılmışdı.

Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edilən bu səhih hədis sübuta yetişdikdən sonra əlavə edək ki, şiənin və əhli-sünnədən malikilərin əlləri açıq namaz qılmaları həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qıldığı namazla tam uyğundur.

Doğrudur, əhli-sünnədən bəziləri belə iddia edirlər ki, əlləri bağlı namaz qılarkən Allah taalaya daha artıq ehtiramı və Onun müqabilində xüşunu göstərir (İddia sahiblərinin tutarlı dəlilləri olmadığından bu iddiaya sığınmışlar.)

Bu söz də əsassız və kökdən batildir. Daha doğrusu bir növ bid`ətdir. Çünki bu iddianın mənası həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) daha böyük və çox xüşu ilə namaz qılmaq tərzindən xəbərsiz olmasıdır. Bu isə əziz Peyğəmbərimizə (sallallahu əleyhi və alih) iftira bağlamaqdır. Ona görə ki, əgər daha yaxşı və artıq dərəcədə xüşu ilə namaz qılmaq tərzi mövcud olsaydı, öz bəndələrinin məsləhətini hər bir kəsdən yaxşı bilən, Rəhim və Rəhman olan Allah taala onu Rəsulullaha (sallallahu əleyhi və alih) əmr edərdi...

کلمات کلیدی :


۲۶,۲۰۰