Sualınızı soruşun

27 April 2024 Saat 03:36

Salamun aleykum Bir şəxsin udub-uduzmaq olmadan nərd taxta oyunu oynaması caizdirmi?

پاسخ :


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

 Cavab:

Nərd taxta oyunu hərçənd udub-uduzmaq şərtilə olmasa belə, nə qədər ki, qumar aləti və qumar oyunu üçün yararlı sayılıb fəsad törədə bilərsə, haramdır! Qumar alətləri ilə oyun oynamaq barəsində aşağıdakı mətləbi mütaliə edin:

1- Əgər bir kəs qumar alətləri ilə ünsiyyətdə olub ona əlaqəli olarsa, yavaş-yavaş bu alətin haram olma qəbahəti o şəxsin nəzərində zəifləyəcək və onun pis yola çəkilmək imkanı artacaqdır.

2- İnsan öz-özlüyündə çox qəribə və çətin tanınan, yeri gəlmişkən tez yoldan çıxan bir mövcuddur. İnsanın qumar oyunları ilə əlaqə tapması onu çox qorxulu bir şəraitə gətirib çıxara bilər.

Qurani-Kərim buyurur: « وَ لا تَتَّبِعُوا خُطُواتِ الشَّيْطانِ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبين -  Sizin üçün şeytanın hazırladığı yolu getməyin, yəni sizin üçün onun yaratdığı aldadıcı işlərə tabe olmayın. Deməli, şeytan insanı tədricən günaha çəkir və hər addım boyu onu məsiyət və günaha aparır. Məsələn; ilk mərhələdə insanı qumar alətini görməyə çağırır, sonra da onunla udub-uduzmaq olmadan oyuna vadar edir. Elə ki, bu qədər insanı öz ardınca apardı və haram işə onu yaxınlaşdırdı, bu zaman insanda “şeytani curət” yaradır ki, Allah-taalanın: “etmə!” – dediyini, ona etdirir, şeytan və nəfs onu vadar edir ki, sonrakı addımları da atsın və günaha daha da yaxınlaşsın. Yəni bir də görürsən ki, onu qumar oynamağa da vadar edir və artıq qumar oyunu da insan üçün günah əhəmiyyəti daşımır və belə oyuna adi bir iş kimi baxır.

Qumar oyunu ilə baş qarışdırmaq (hərçənd qumar oynamasa belə) tədriclə insanı qumara çəkər. İnsan günaha aludə olmaqdan uzaqda qalsın və onun ruhiyyəsində xoşagəlməz bir təsir yaranmasın deyə, buyurublar ki, hətta qumar aləti ilə baş qarışdırmaq da olmaz və belə əməldən gərək uzaq olasan. Necə ki, həzrət Əli əleyhissəlam günah fikir barəsində buyurub:

"Əgər bir kəs günah əməllər barəsində çox düşünərsə, günahlar onu özünə tərəf çəkib aparar." Həmçinin, o həzrət buyurur:

   خوض النّاس فى شى‏ءٍ مقدّمة الكائن"-“ — “Bir iş üzərində çox fikirləşib onun ardınca getməyin nəticəsi, onu tapıb həyata keçirməyə səbəb olar."

(Allah-taalanın razılığına səbəb olan əməllərə nail olmaq müvəffəqiyyətinə çatasınız)

کلمات کلیدی :

Nərd taxta oyunu

۳,۲۲۸