Sualınızı soruşun

26 April 2024 Saat 18:31

Sual: Allah-taaladan qeyri birisi qeyb elmindən xəbərdar ola bilərmi?

پاسخ :

Bismilləhir Rahmənir rahim

Sualın cavabı:

Salamun aleykum

 Qurani-Kərimin ayələrinə istinadən həqiqətdə qeyb elmi tam və kamil surətdə Allah-taalanın ixtiyarındadır; bütün aləmə hərtərəfli şəkildə əhatə tapan yalnız Odur. Eyni halda Allah-taalanın bəzi layiqli bəndələri də İlahi təlim-tərbiyə ilə və onların göstərdikləri insani ləyaqət və xüsusiyyətlər səbəbinə qeybin əsrar, elm və hadisələrinə agah olurlar.

Bu əsasla həzrət Peyğəmbəri Əkrəm (sallallahu əleyhi və alih) “lədunni və İlahi elm” vasitəsilə gələcəyin hadisələri və məsələlərinə agahlıq əldə etmiş və onlar barəsində qabaqcadan xəbər vermişdir. Bu baxımdan ki, Peyğəmbərdən sonra məsum imamlar (əleyhimussəlam) bütün maddi və mənəvi sahələrdə insanların hidayətini öhdələrinə aldıqları üçün bir sıra qeyb məsələlərindən xəbərdar olmalıdırlar. Ona görə də onların qeyb məsələlərinə agah olmaları lazım olan yerdə və onların bunu istədikləri surətdə Allah-taala bu elmi imamların ixtiyarına qoymuşdur.

Keçmiş İlahi peyğəmbərlər də öz şəxsi ləyaqətlərinə mütənasib olaraq Allahın məsləhəti olan qədərqeyb elminə agahlıq tapmlşlar.
 

کلمات کلیدی :

Qeyb elmi

۲,۱۰۶