pic
pic

SUALLAR VƏ CAVABLAR

Sualınızı soruşun
Ananın bədəxlaqlığı müqabilində qızın rəftarı
Tarixində 19 November 2017 & Saat 15:56

Mən öz anamı bütün vücudumla sevirəm və onun hörmətini saxlamaq üçün heç bir səy və bacarığımı əsirgəmirəm. Amma o, mənimlə elə rəftar edir ki, əgər ona zahiri bənzərim olmasaydı, deyərdim ki, yəqin mən onun övladı deyiləm. Anam mənim əlimdən əsəbləşcəyin, məni vurur, hamının qarşısında təhqir edir, danlayır, başıma çığırır, töhmət vurur və yaraşmaz sözlər deyir. Həmişə mənə deyir ki, səndən acığım gəlir, ürəyimdə sənə qarşı kin-küdurət vardır. Doğrusu, bilmirəm ki, nə edim?! Ona cavab qaytardıqda, özümə nifrət edirəm və deyirəm ki, elə bu anda Allah məndən qəzəblidir, əməllərim qəbul deyil... Heç bir cavab qaytarmadıqda da, əsəbləşirəm, başqaları ilə bədəxlaq oluram. Lütfən mənə yol göstərin ki, anamla necə rəftar etməliyəm?


Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum

Cavab) Möhtərəmxanım, bütün bu çətinliklərə baxmayaraq sizin, Allah-taalanı düşünüb: olmayaOnun qəzəbinə səbəb olacaq bir işi edə biləcəyinizdən nigaranlıq hissi keçirməyiniz,həqiqətən, çox sevindirici bir haldır. Bu dünyada hər bir insanın müəyyənnöqsanları vardır, günahsız və nöqsansız insanlar bizim məsum imamlarımız (əleyhimussəlam)-dır. Hər bir kəs, hər nə qədər pisliklər və nöqsanları özündən uzaqlaşdırarsa, biro qədər Allaha və Əhli-Beytə (əleyhimussəlam) yaxınlaşar. Bunu bilin, ananızınfikir tərzi, sizin fikriniz kimi ola bilməz. Siz indiki zamanda böyümüsünüz,amma ananız sizdən qabaqkı bir dövrdə böyüyübdür. İnsan hər bir mühitdə yaşayıböz cavanlıq dövranını o mühitdə başa vurursa, bu, insanın mənəvi keyfiyyətini vəəhvali-ruhiyyəsini müəyyən edən etik normaların formalaşmasında çox böyük təsirqoyur. Çalışın, insanlarda gördüyünüz hər növ pisliklər üçün mümkün qədər müəyyənbir cəhət və səbəb tapasınız, onları dərk edəsiniz. Sizin ananız, sizinlə hərcür rəftar etmiş olsa belə, yenə sizin ananızdır və onun ehtiramını riayə tetməksizin vəzifənizdir. Olmaya onunla tünd və kobud rəftar edəsiniz. Hər zaman onunrəftarından narahat olub qüssələndiz, iki rükət namaz qılın, Rəbbinizə ürəyiniziaçıb danışın və İmami- Zaman (əleyhissəlam)- dan kömək alın, kədərinizi və çətinliklərinizio həzrətə deyin. Ola bilsin Allah-taala sizə xüsusi nəzər yetirsin, qəlbiniziÖz məhəbbəti ilə elə doldursun ki, bir daha başqalarının tünd rəftarındannarahat olmayasız və bu kimi məsələlərlə bağlı rahatcasına güzəşt edəsiz. Bunuda bilin ki, Allah-taalanın yanında bu söylədiklərinizin müqabilində səbr etməyinizinçox böyük əcri vardır.

Eyni halda, əgər təsiriolacağına ehtimal edirsizsə, onun bədəxlaqlığının kökünü araşdırın və bəziruhanilərdən söz eşidə bilirsə, öz çətinliyinizi o ruhaniyə söyləyin ki,ananıza, doğru yol göstərib islah olmasında kömək olsun.

Ümidvaram, həzrətƏbul-həsən imam Əli ibni Musər-Rzanın (əleyhiməssəlam) xüsusi inayəti sizəşamil olsun.

554 Görüş