Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları

22 December 2024

09:26

۱,۶۵۱

Xəbərin xülasəsi :
İslam ilk başlanğıcda qərib idi, onun əhkam və qanunları insanlar üçün məlum deyildi, zühur zamanında da o cür olacaq
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (ömrü uzun olsun) “Məhdilik” mövzusu ilə bağlı çıxışları

Birinci çıxış (ardı)

Zühur əsrində dinin necəliyi haqda hədislərin yeddi təbirinin araşdırması;

Birinci təbirin araşdırması: “İnsanların yeni bir yola dəvətinə” dəlalət edən hədislər;

Bəyan olunduğu kimi birinci ünvan hədislərin bu mənaya dəlalətini açıqlayır ki, həzrət Məhdi (Allah onun gəlişində təcil etsin) mübarək zühurundan sonra insanları yeni bir yola dəvət edəcək. Bu hədislərdən birinə diqqət yetirin:

"إِنَّ قَائِمَنَا إِذَا قَامَ دَعَا النَّاسَ إِلَى أَمْرٍ جَدِيدٍ كَمَا دَعَا إِلَيْهِ رَسُولُ اللهِ(صلي الله عليه وآله) وَ إِنَّ الْإِسْلَامَ بَدَأَ غَرِيباً وَ سَيَعُودُ غَرِيباً كَمَا بَدَأَ فَطُوبَى لِلْغُرَبَاءِ "

“Bizim “Qaim” qiyam etdiyi zaman insanları yeni bir yola dəvət edəcək; necə ki, Peyğəmbər (sallallahu əleyhi və alih) insanları İslama dəvət etdi və İslam, əvvəldə qəriblikdə oldu və əvvəldə olduğu kimi bir daha (qiyamdan qabaq) qəribliyə düşəcək, xoş olsun qəriblərin halına.”[1] [Başqa bir ehtimal da budur ki, İslam ilk başlanğıcda qərib idi, onun əhkam və qanunları insanlar üçün məlum deyildi, zühur zamanında da o cür olacaq.]

Yaxud başqa bir hədisdə imam Sadiq əleyhissəlam buyurur:

" إِذَا قَامَ الْقَائِمُ‏ جَاءَ بِأَمْرٍ غَيْرِ الَّذِي كَانَ "

“Qaim” qiyam etdiyi zaman, öncə olmayan bir məsələni müzakirə edəcəkdir.”[2



[1] Bəharul-Ənvar, mərhum Əllamə Məclisi, cild-52, səh. 366; Əl-Qeybət, mərhum Nəmani, səh. 172 

[2] Həmin yerdə, cild-52, səh. 332


Etiketlər :

“İnsanların yeni bir yola dəvətinə” dəlalət edən hədislər