Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin “Məhdilik” mövzusunda çıxışları
24 January 2025
07:38
۱,۶۶۳
Xəbərin xülasəsi :
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət imam Cavad əleyhissəlamın şəxsiyyətinin əzəməti
-
Həzrət Zeynəbi-Kubranın (əleyhasəlam) vəfatı
-
Həzrət Əli (əleyhissəlam) imanın meyarı və Quranın həqiqəti
-
Həzrət imam Əli ibn Əbitalib əleyhissəlamın mövludu
-
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
Bismilləhir-Rahmənir-Rahim
Birinci çıxış (ardı)
Zühur əsrində dinin necəliyi haqda hədislərin yeddi təbirinin araşdırması;
Birinci təbirin araşdırması: “İnsanların yeni bir yola dəvətinə” dəlalət edən hədislər;
Bəyan olunduğu kimi birinci ünvan hədislərin bu mənaya dəlalətini açıqlayır ki, həzrət Məhdi (Allah onun gəlişində təcil etsin) mübarək zühurundan sonra insanları yeni bir yola dəvət edəcək. Bu hədislərdən birinə diqqət yetirin:
"إِنَّ قَائِمَنَا إِذَا قَامَ دَعَا النَّاسَ إِلَى أَمْرٍ جَدِيدٍ كَمَا دَعَا إِلَيْهِ رَسُولُ اللهِ(صلي الله عليه وآله) وَ إِنَّ الْإِسْلَامَ بَدَأَ غَرِيباً وَ سَيَعُودُ غَرِيباً كَمَا بَدَأَ فَطُوبَى لِلْغُرَبَاءِ "
“Bizim “Qaim” qiyam etdiyi zaman insanları yeni bir yola dəvət edəcək; necə ki, Peyğəmbər (sallallahu əleyhi və alih) insanları İslama dəvət etdi və İslam, əvvəldə qəriblikdə oldu və əvvəldə olduğu kimi bir daha (qiyamdan qabaq) qəribliyə düşəcək, xoş olsun qəriblərin halına.”[1] [Başqa bir ehtimal da budur ki, İslam ilk başlanğıcda qərib idi, onun əhkam və qanunları insanlar üçün məlum deyildi, zühur zamanında da o cür olacaq.]
Yaxud başqa bir hədisdə imam Sadiq əleyhissəlam buyurur:
" إِذَا قَامَ الْقَائِمُ جَاءَ بِأَمْرٍ غَيْرِ الَّذِي كَانَ "
“Qaim” qiyam etdiyi zaman, öncə olmayan bir məsələni müzakirə edəcəkdir.”[2