Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırır

29 March 2024

00:03

۷۹۵

Xəbərin xülasəsi :
Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırırAyətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam)
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırır

Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) həzrət Fatimei-Zəhranın (əleyhasəlam) əzadarlığı münasibətilə təşkil edilmiş “Allahın Məhbubəsi” - şairlər məclisində irad etdiyi bəyanı

(ardı)

İmam Sadiq əleyhissəlam bir hədisdə buyurur: «أنا فرعٌ من فروع الزیتونة من شجرة مبارکةٍ زیتونة و قندیل من قنادیل بیت النبوة» - Mən mübarək zeytun ağacının budaqlarından biriyəm.

Allahın, Peyğəmbərin və imamların nurunun mişkatı olan və yer üzündə Allah-taala onu Öz məsəli və nümunəsi yaradan Fatiməni tanımağa və onun ardıcılı olmağa dəyərmi? Onun necə bir varlıq və əzəmət sahibi olduğunu bilmək münasib olmazmı?

Bu məclisi təşkil etməkdə məqsədimiz də elə budur ki, zehni cəhətdən və öz dinimizin hörmətli şairlərin zövqü ilə Həzrəti daha yaxşı tanımağa nail olaq. Məlumdur ki, bu gözəl şerləri bizim üçün yaza bilən şairlərin qəlbinə və zehninə Fatimənin nuru saçmış və inikas etmişdir.

Allaha şükür olsun ki, iki-üç onillikdə bu ölkədə Fatimənin səsi dünya əhlinin qulağına yetir. Allahın inayəti İran millətinə, yalnız şiələrə deyil, əslində müsəlmanlara və bütün bəşəriyyətə şamil olmuşdur, bir miqdar Fatiməni tanımağa nail olmuşuq ki, Fatimə kimdir? Əziz şairlər mən bilmirəm Quran ayələrində Fatiməyə aid olan İlahi inayətlər şerlərdə də vardır, ya xeyr? Cənab Şəriətinin oxuduğu olduqca gözəl şerində bu ünvanların bəziləri var idi. Bu məsələyə, yəni Fatiməni Quran baxışından tanımağa daha çox diqqət etməliyik.

Bizim sualımız budur ki, mişkat olan Fatimə, Allahın nurunun nümunəsi olan Fatimə, Allahın zikrinin edilməsi izni verilən evlərin mehvəri olan Fatimə, layiqdirmi ona deyilsin sözlərinin doğru olması üçün şahid gətir? Görəsən, onu məscidə çəkmələri düzgün idimi? Qapı və divar arasında sıxılmağa layiq idimi? Görən, küçədə üzünə şillə vurulması münasib idimi? Ey bəşər! Sən bu Allah nuru ilə nə etdin?

O zaman zülm olundu və ən pis zülmlər olundu. İndi də deyirlər ki, Fatimə barəsində söhbət etməyin! Fatimənin məqamlarını dilə gətirməyin, Fatimənin məzlumiyyətinə aid danışmayın! Biz danışmayaq, bəs Qurana nə deyirsiz? Məgər Quran Fatimənin məqamını bəyan etməyibmi? Kövsər surəsini Qurandan silə bilərsinizmi? Nəyin ardıncasınız? Qəflət yuxusundan oyanın və bu parlaq nurlardan istifadə edin...


Etiketlər :

Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırır