pic
pic

Əllamə Hillinin (r.ə) oğlu Fəxrul Muhəqqiqinə (r.ə) vəsiyyəti - İCLAS 5

Əllamə Hillinin Qəvaid kitabının sonunda oğlu Fəxrul Muhəqqiqinə olan vəsiyyətini ərz edirəm ki, o vəsiyyətdə buyurur: indiki yaşım əlliyə çatıb və altmış yaşa daxil olmuşam özümə lazım bilirəm ki, vəsiyyət yazım.

Elmi hövzələrin sünnətini diriltmək və tələbələrin dərsdən qabaq yeni dərsi mütaliə zərurəti. - İCLAS 4

Söhbətin əvvəlində Allaha şükür keçən ildən cənab tələbələrin başladığı yeni dərsi mütaliə görə ki, öz istəyimizlə oldu və bəzi tələbələr 10-15 dəqiqə dərsin başlamasından öncə yeni dərsi mütaliə əvvəla buna əhəmiyyət verən cənablara təşəkkür edirəm.

İnqilab və hövzə məsələlərinə dərin elmi diqqətin zəruriyyəti. - İCLAS 3

Allaha həmd olsun ki, inqilabın böyük rəhbərinin Quma gəlişi ərəfəsidir. Bununla əlaqədar hər tələbə və ümumiyyətlə hər kəs elmi hövzədədirsə bizim hövzənin həssas bir şəraitdə olmasına çox diqqətli olmalıdır. Bu hövzəmizdə inqilabın bərəkəti ilə çox yaxşı tutumlu şəxsiyyətlər meydana gəlib. Allaha şükür inkişaf sahələri yarandı.

Ruhanilərin ağır məsuliyyəti haqqında imam Sadiqdən (ə) hədis - İCLAS 2

İstəyirəm bu gün Vəsailuş-siə 17-ci cildinin 193-cü səhifəsindən bir hədis oxuyum; bu hədis mətləblə dolu olan bir hədisdir. Amma bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət imam Sadiq (ə) buyurur: kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir.