Gecə namazı
03 September 2026
03:55
۱۲,۴۱۷
Xəbərin xülasəsi :
-
Həzrət Rəsulullahın (s) və imam Sadiqin (ə) təvəllüdü
-
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
-
Həzrət Əbulhəsən Ər-Rza əleyhissəlamın şəhadəti
-
Həzrət imam Həsən Muctəbanın (əleyhissəlam) şəhadəti
-
Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) şəhadəti
-
Həzrət Əli ibn Huseyn əleyhiməssəlamın şəhadət günü
Bismilləhir-Rahmənir-Rahim
Cəfəri məzhəbində gecə namazının ən üstün qılınma qaydası bu cürdür:
Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır. Birinci rükətdə "Fatihə" və "İxlas", ikinci rükətdə "Fatihə" və "Kafirun" surələrini oxumaq müstəhəbdir. Qunutda insana zülm verən zalımı cəzalandırması barədə Allaha dua etmək olar. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Cüt rükətlərin arasında Həzrət Fatimənin (salamullah əleyha) təsbihatını zikr etməyin savabı var.
8 rükəti bitirdikdən sonra 2 rükət "şəf" namazı qılınır. Onun birinci rükətində "Fatihə"dən sonra "Nas", ikinci rükətində isə "Fatihə"dən sonra "Fələq" surələri oxunur.
Axırda bir rükət "vitr" namazı qılınır. "Fatihə" surəsindən sonra 3 dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələri oxunur. Sonra qunut tutulur. Qunutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur ("Əstəğfirullahə rəbbi və ətubu iləyh"), 7 dəfə "haza məqamul-aizi bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənilir. Qunutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.