Həzrət İmam Rza əleyhissəlamın şəhadəti

26 December 2024

21:43

۱,۲۴۸

Xəbərin xülasəsi :
Hicri qəməri 1439-cu il səfər ayının 30-u, miladi 2017 il noyabrın 19-u imamət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhissəlamın şəhadət günüdür. Bu böyük və kədərli müsibəti həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) və bütün Əhli-Beyt sevərlərinə təsəlli və başsağlığı deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri qəməri 1439-cu il səfər ayının 30-u, miladi 2017 il noyabrın 19-u imamət səmasının səkkizinci parlaq ulduzu həzrət Əbul-Həsən Əli ibn Musa Riza əleyhissəlamın şəhadət günüdür. Bu böyük və kədərli müsibəti həzrət Məhdi Sahib əz-Zamana (əccələllahu təala fərəcəhuş-şərif) və bütün Əhli-Beyt sevərlərinə təsəlli və başsağlığı deyirik.

Həzrət imam Әli ibni Musər-Riza (əleyhissəlam) elm, təqva və gözəl əxlaq baxımından babaları kimi idi. Atasından sonra o, dini rəhbərlik, yəni imamlıq məqamını öhdəsinə almışdır.

Onun məqamı və xalq içində nüfuzu elə bir yerə çatmışdı ki, Abbasi xəlifəsi Məmun, özündən sonra onu vəliəhd (canişin) elan etməyə məcbur qaldı. Halbuki, abbasilərin Әhli-beyt (əleyhimussəlam) ilə düşmənçiliklərini hamı bilirdi.

Elmi danışıq məclislərində həzrət imam Rza (əleyhissəlam) ilə qarşılaşan alim, fəqih və filosoflar Həzrətin qarşısında boyun əyməkləri tarixdə məşhurdur. Rical və tarix haqqında yazılmış kitablarda imam Rza əleyhissəlamın elmi məqamı və üstün səviyyəli təqvası haqqında sübutlar çoxdur. Biz bunlardan bəzilərinə işarə edirik:

Vaqidi demişdir:

«O (imam Rza (əleyhissəlam)) etimadlı və etimadlı bir şəxs  idi. İyirmi neçə yaşında idi ki, Peyğəmbərin (sallallahu əleyhi və alih) məclisində oturub fətva verərdi. O, Mədinə əhalisindən olan tabeinlərin[1] səkkizinci təbəqəsində idi».[2]

Bu mətləbi Hafiz Razi «Әl-cərhu vət-tədil» kitabında imam Rza əleyhissəlamın atası imam Musa Kazim (əleyhissəlam) barəsində yazdığı məqalədə qeyd etmişdir.

İmam Musa Kazim əleyhissəlamın özü də oğlu imam Rza əleyhissəlamın elmi məqamına şəhadət verib, o biri oğlanlarına xitab edərək belə buyurmuşdur:

«Bu qardaşınız Әli ibni Musa Ali-Məhəmmədin alimidir. Dininiz haqqında ondan soruşun və sizə dediyini qəbul edin».[3]

[1] Peyğəmbəri (sallallahu əleyhi və alih) öz gözləri ilə görməyənlərə deyilir.

[2] Təzkirətül-xəvass, səh.198 (İbni Cövzi).

[3] Әl-irşad, (Şeyx Müfid).

 

Etiketlər :

Həzrət İmam Rza əleyhissəlamın şəhadəti