Həzrət Əli Əkbər əleyhissəlamın mövludu
25 December 2024
19:17
۹۷۲
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət Əli Əkbər əleyhissəlamın mövluduHicri-qəməri 1440-cı il, Şəban
ayının 11-i, miladi 2019-cu il aprelin 17-si həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd
günüdür. Bu əziz və şad günün münasibəti ilə bütün Əhli-beyt (əleyhimussəlam)
sevərlərinə təbrim deyir və arzu edirik ki, Allah-təala bizə o Həzrətin yolunun
davamçılarından etsin.
Həzrət Əli Əkbər əleyhissəlamın
dünyaya gəlişi barəsində tarixi mənbələrdə yazılanlara əsasən, bu tarixin hicri
33-cü ilinə mütabiq olması göstərilir. Həm zahiri görünüşcə, həm də əxlaqi dəyərləri
baxımından həzrət Peyğəmbəri-əkrəmə (sallallahu əleyhi və alih) ən çox oxşarı
olduğu üçün Əli Əkbər əleyhissəlam bütün Əhli-beyt (əleyhimussəlam) üzvlərinin
yanında böyük hörmət və məhəbbət qazanmışdır. O həzrətin adı Əli, əziz atasının
adı həzrət imam Huseyn əleyhissəlam, mehriban anası isə Səqəfo tayfasından olan
Murrətin qızı Leyladır.[1]
Həzrət imam Huseyn əleyhissəlamın böyük oğlu olduğu üçün o həzrətə Əli Əkbər
adı verilmişdir. Həzrət imam Sadiq əleyhissəlamdan nəql olunan hədisdə deyilir
ki, həzrətin kunyəsi Əbul-Həsən olmuşdur.
Sevindirici haldır ki,
görünüş, əxlaq və danışıq baxımdan Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və
alih) xatırladan Kərbəla hadisəsində misli görünməyən rəşadətlər göstərən
Əhli-beytin (əleyhimussəlam) bu cavan və sevimli şəxsiyyətinin mövlud gününü
bütün şiələr ümumi şəkildə “Cavanlar günü” olaraq qeyd edir və bununla da əziz
cavanlarımıza bu böyük şəxsiyyətin İmamət və Vilayət yolunda getdiyi yolu davam
etdirməyi arzulayırlar.
Bir daha bütün mömin bacı və qardaşları təbrik edir və hamınıza Quranın və Əhli-beytin (əleyhimussəlam) tövsiyələrinə əməl etməyi arzulayırıq.
İltimas dua!