Həzrət Əli Əkbər əleyhissəlamın mövludu

20 April 2024

09:41

۹۱۱

Xəbərin xülasəsi :
Hicri-qəməri 1440-cı il, Şəban ayının 11-i, miladi 2019-cu il aprelin 17-si həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür. Bu əziz və şad günün münasibəti ilə bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təbrim deyir və arzu edirik ki, Allah-təala bizə o Həzrətin yolunun davamçılarından etsin
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əli Əkbər əleyhissəlamın mövludu

Hicri-qəməri 1440-cı il, Şəban ayının 11-i, miladi 2019-cu il aprelin 17-si həzrət Əli Əkbər əleyhissəlamın təvəllüd günüdür. Bu əziz və şad günün münasibəti ilə bütün Əhli-beyt (əleyhimussəlam) sevərlərinə təbrim deyir və arzu edirik ki, Allah-təala bizə o Həzrətin yolunun davamçılarından etsin.

Həzrət Əli Əkbər əleyhissəlamın dünyaya gəlişi barəsində tarixi mənbələrdə yazılanlara əsasən, bu tarixin hicri 33-cü ilinə mütabiq olması göstərilir. Həm zahiri görünüşcə, həm də əxlaqi dəyərləri baxımından həzrət Peyğəmbəri-əkrəmə (sallallahu əleyhi və alih) ən çox oxşarı olduğu üçün Əli Əkbər əleyhissəlam bütün Əhli-beyt (əleyhimussəlam) üzvlərinin yanında böyük hörmət və məhəbbət qazanmışdır. O həzrətin adı Əli, əziz atasının adı həzrət imam Huseyn əleyhissəlam, mehriban anası isə Səqəfo tayfasından olan Murrətin qızı Leyladır.[1] Həzrət imam Huseyn əleyhissəlamın böyük oğlu olduğu üçün o həzrətə Əli Əkbər adı verilmişdir. Həzrət imam Sadiq əleyhissəlamdan nəql olunan hədisdə deyilir ki, həzrətin kunyəsi Əbul-Həsən olmuşdur.

Sevindirici haldır ki, görünüş, əxlaq və danışıq baxımdan Peyğəmbəri-Əkrəmi (sallallahu əleyhi və alih) xatırladan Kərbəla hadisəsində misli görünməyən rəşadətlər göstərən Əhli-beytin (əleyhimussəlam) bu cavan və sevimli şəxsiyyətinin mövlud gününü bütün şiələr ümumi şəkildə “Cavanlar günü” olaraq qeyd edir və bununla da əziz cavanlarımıza bu böyük şəxsiyyətin İmamət və Vilayət yolunda getdiyi yolu davam etdirməyi arzulayırlar.

Bir daha bütün mömin bacı və qardaşları təbrik edir və hamınıza Quranın və Əhli-beytin (əleyhimussəlam) tövsiyələrinə əməl etməyi arzulayırıq.

İltimas dua!




[1] “Əli Əkbər”, mərhum Muqərrəm, səh. 15-16

Etiketlər :

Həzrət Əli Əkbər əleyhissəlamın mövludu