Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
26 March 2025
22:45
۸۱۹
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti
Hicri-qəməri 1442-ci il rəbiul-əvvəl
ayının 8-i, miladi 2020-ci il oktyabrın 25-i həzrət Peyğəmbərin (sallallahu əleyhi
və alih) nəvəsi, həzrət imam Zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz
atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən ibn Əli Əsgəri əleyhissəlamın
şəhadət günüdür. Bu böyük müsibəti Əhli-beyt əleyhimussəlama, xüsusən Həzrətin
istəkli oğlu imam Məhdi əleyhissəlama, eləcə də bütün dini alimlərə və
Əhli-beyti (əleyhimussəlam) sevənlərə təsəlli və başsağlığı deyirik.
Həzrət
imam Həsən Əsgəridən (əleyhissəlam) hikmətli kəlamlar
لَيْسَتِ الْعِبادَةُ كَثْرَةَ الصِّيامِ وَ الصَّلوةِ وَ إِنَّما
الْعِبادَةُ كَثْرَةُ التَّفَكُّرِ في أَمْرِ اللّهِ
“İbadətin meyarı namaz və
orucun çoxluğu ilə deyil, əksinə həqiqi ibadət Allah-taalanın buyurduğu
məsələlər haqda təfəkkür etmək və onları qavramaqdır.”
Mənbə:
Tuhəful-uqul, səh. 448