pic
pic

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il rəbiul-əvvəl ayının 8-i, miladi 2020-ci il oktyabrın 25-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən ibn Əli Əsgəri əleyhissəlamın şəhadət günüdür

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Həsən Əsgəri əleyhissəlamın şəhadəti

Hicri-qəməri 1442-ci il rəbiul-əvvəl ayının 8-i, miladi 2020-ci il oktyabrın 25-i həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) nəvəsi, həzrət imam Zamanın (əccələllahu təala fərəcəhuş-şərif) əziz atası, bütün övliya və övsiyanın sevimlisi həzrət imam Həsən ibn Əli Əsgəri əleyhissəlamın şəhadət günüdür. Bu böyük müsibəti Əhli-beyt əleyhimussəlama, xüsusən Həzrətin istəkli oğlu imam Məhdi əleyhissəlama, eləcə də bütün dini alimlərə və Əhli-beyti (əleyhimussəlam) sevənlərə təsəlli və başsağlığı deyirik.


Həzrət imam Həsən Əsgəridən (əleyhissəlam) hikmətli kəlamlar

لَيْسَتِ الْعِبادَةُ كَثْرَةَ الصِّيامِ وَ الصَّلوةِ وَ إِنَّما الْعِبادَةُ كَثْرَةُ التَّفَكُّرِ في أَمْرِ اللّهِ

“İbadətin meyarı namaz və orucun çoxluğu ilə deyil, əksinə həqiqi ibadət Allah-taalanın buyurduğu məsələlər haqda təfəkkür etmək və onları qavramaqdır.”

Mənbə: Tuhəful-uqul, səh. 448