Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü
28 December 2024
03:55
۵۷۶
Xəbərin xülasəsi :
آخرین رویداد ها
Bismilləhir-Rahmənir-Rahim
Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günüHicri-qəməri 1442-ci il Şəban
ayının 5-i, miladi 2021-ci il martın 19-u İmamət səmasının dördüncü parlaq
ulduzu həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür. Bu bərəkətli
mövlud günü münasibətilə Allah-təalanın sonuncu hüccəti, Əhli-beytin (əleyhimussəlam)
yadigarı həzrət Sahib Zamana (əleyhissəlam), eləcə də bütün Quran və Əhli-beyt
(əleyhimussəlam) aşiqlərinə və onların tövsiyələrini özlərinə örnək və məqsəd
tutub onlara əməl edən əziz mömin bacı-qardaşlara səmimi təbriklərimizi təqdim
edirik.
Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) hələ doğumundan təqribən otuz il əvvəl imam Səccad əleyhissəlamın şənində buyurur:
"أَنَّ رَسُولَ اللَّهِ (صلی الله عليه و آله) قَالَ
إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ يُنَادِي مُنَادٍ أَيْنَ زَيْنُ الْعَابِدِينَ
فَكَأَنِّي أَنْظُرُ إِلَى وَلَدِي عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ
أَبِي طَالِبٍ يَخْطُو بَيْنَ الصُّفُوف"
“Qiyamət günü bərpa edilən
zaman (Allah-təala tərfindən olan) bir Hatifdən belə bir nida gələcəkdir:
Zeynul-abidin haradadır? Mən hazırda sanki o günü görürəm ki, oğlum Əli ibn
Huseyn ibn Əli ibn Əbi Talib cəmiyyət arasından addımlayaraq irəli gəlir.”[1]
Bu mübarək hədisdə Peyğəmbəri-əkrəm
(sallallahu əleyhi və alih) imam Səccad əleyhissəlamın Allah-təala yanında
Zeynul-abidin adlanmasını bəyan etməklə o Həzrətin insanlarla müqayisədə “Abidlərin
zinəti” ləqəbinə layiq görülməsini təsdiqləmişdir. Beləliklə, hədisə əsaslanmaqla
qəti şəkildə demək olar ki, həzrət Zeynul-abidin əleyhissəlam əvvəldən sona qədər
bütün ibadət və itaət əhlinin zinəti və yaraşığı olmuşdur.