Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü

08 May 2024

05:53

۵۴۲

Xəbərin xülasəsi :
Hicri-qəməri 1442-ci il Şəban ayının 5-i, miladi 2021-ci il martın 19-u İmamət səmasının dördüncü parlaq ulduzu həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü

Hicri-qəməri 1442-ci il Şəban ayının 5-i, miladi 2021-ci il martın 19-u İmamət səmasının dördüncü parlaq ulduzu həzrət imam Əli ibn Huseyn əleyhiməssəlamın viladət günüdür. Bu bərəkətli mövlud günü münasibətilə Allah-təalanın sonuncu hüccəti, Əhli-beytin (əleyhimussəlam) yadigarı həzrət Sahib Zamana (əleyhissəlam), eləcə də bütün Quran və Əhli-beyt (əleyhimussəlam) aşiqlərinə və onların tövsiyələrini özlərinə örnək və məqsəd tutub onlara əməl edən əziz mömin bacı-qardaşlara səmimi təbriklərimizi təqdim edirik.

Həzrət Rəsulullah (sallallahu əleyhi və alih) hələ doğumundan təqribən otuz il əvvəl imam Səccad əleyhissəlamın şənində buyurur:


"أَنَّ رَسُولَ اللَّهِ (صلی الله عليه و آله) قَالَ إِذَا كَانَ يَوْمُ الْقِيَامَةِ يُنَادِي مُنَادٍ أَيْنَ‏ زَيْنُ‏ الْعَابِدِينَ‏ فَكَأَنِّي أَنْظُرُ إِلَى وَلَدِي عَلِيُّ بْنُ الْحُسَيْنِ بْنِ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ يَخْطُو بَيْنَ الصُّفُوف‏"

“Qiyamət günü bərpa edilən zaman (Allah-təala tərfindən olan) bir Hatifdən belə bir nida gələcəkdir: Zeynul-abidin haradadır? Mən hazırda sanki o günü görürəm ki, oğlum Əli ibn Huseyn ibn Əli ibn Əbi Talib cəmiyyət arasından addımlayaraq irəli gəlir.”[1]

Bu mübarək hədisdə Peyğəmbəri-əkrəm (sallallahu əleyhi və alih) imam Səccad əleyhissəlamın Allah-təala yanında Zeynul-abidin adlanmasını bəyan etməklə o Həzrətin insanlarla müqayisədə “Abidlərin zinəti” ləqəbinə layiq görülməsini təsdiqləmişdir. Beləliklə, hədisə əsaslanmaqla qəti şəkildə demək olar ki, həzrət Zeynul-abidin əleyhissəlam əvvəldən sona qədər bütün ibadət və itaət əhlinin zinəti və yaraşığı olmuşdur.


[1] “İləluş-şəraye”, mərhum Şeyx Səduq, cild-1, səh. 230



Etiketlər :

Həzrət imam Səccad əleyhissəlamın təvəllüd günü