Ramazan ayının müştərək əməllərindən
25 December 2024
08:44
۴۱۱
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının müştərək əməllərindən
Ramazan ayında hər vacibi namazdan sonra bu duanı oxumaq müstəhəbdir:
يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَ هُوَ الشَّهْرُ الَّذِي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ وَ هُوَ شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ فَيَا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتِي مِنَ النَّارِ فِي مَنْ تَمُنُّ عَلَيْهِ وَ أَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ
“Ya Əliyyu ya Əzimu ya Ğəfuru ya Rəhim, əntər rəbbul əzimulləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kərrəmtəh, və şərrəftəhu və fəzzəltəhu ələş şuhur, və huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, və huvə şəhru Raməzan, əlləzi ənzəltə fihil Qur`an, hudən lin-nasi və bəyyinatin minəl huda vəl furqan, və cəəltə fihi ləylətəl qədr, və cəəltəha xəyrən min əlfi şəhr, fə ya zəl mənni və la yumənnu ələyk, munnə ələyyə bifəkaki raqəbəti minən nar, fimən təmunnu ələyh, və ədxilnil cənnətə, birəhmətikə ya ərhəmər rahimin.”
“Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan; heç bir bənzəri olmayan, Allahsan; hər şeyi eşidən və görən Allah. Bu ay Sənin bütün aylardan əzəmətli və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Hansı ki, o ayda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. O ayda insanları hidayət edən və haqqı batildən ayıran və doğru yola yönəldən aydın dəlilləri olan Quranı nazil buyurdun. Onda “qədr” gecəsini təyin etdin və o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi! Sənə minnət qoyulmaz. Məni cəhənnəm odundan azad etməklə, boynunda minnəti olan bəndələrindən et. Öz rəhmətinlə məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!”
Hamınızdan dua diləyirik