Ramazan ayının müştərək əməllərindən

29 March 2024

03:00

۳۶۴

Xəbərin xülasəsi :
“Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan; heç bir bənzəri olmayan, Allahsan; hər şeyi eşidən və görən Allah. Bu ay Sənin bütün aylardan əzəmətli və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Hansı ki, o ayda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının müştərək əməllərindən

Ramazan ayında hər vacibi namazdan sonra bu duanı oxumaq müstəhəbdir:

يَا عَلِيُّ يَا عَظِيمُ يَا غَفُورُ يَا رَحِيمُ أَنْتَ الرَّبُّ الْعَظِيمُ الَّذِي لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ وَ هُوَ السَّمِيعُ الْبَصِيرُ وَ هَذَا شَهْرٌ عَظَّمْتَهُ وَ كَرَّمْتَهُ وَ شَرَّفْتَهُ وَ فَضَّلْتَهُ عَلَى الشُّهُورِ وَ هُوَ الشَّهْرُ الَّذِي فَرَضْتَ صِيَامَهُ عَلَيَّ وَ هُوَ شَهْرُ رَمَضَانَ الَّذِي أَنْزَلْتَ فِيهِ الْقُرْآنَ هُدًى لِلنَّاسِ وَ بَيِّنَاتٍ مِنَ الْهُدَى وَ الْفُرْقَانِ وَ جَعَلْتَ فِيهِ لَيْلَةَ الْقَدْرِ وَ جَعَلْتَهَا خَيْرا مِنْ أَلْفِ شَهْرٍ فَيَا ذَا الْمَنِّ وَ لا يُمَنُّ عَلَيْكَ مُنَّ عَلَيَّ بِفَكَاكِ رَقَبَتِي مِنَ النَّارِ فِي مَنْ تَمُنُّ عَلَيْهِ وَ أَدْخِلْنِي الْجَنَّةَ بِرَحْمَتِكَ يَا أَرْحَمَ الرَّاحِمِينَ

Ya Əliyyu ya Əzimu ya Ğə­furu ya Rəhim, əntər rəbbul əzimulləzi ləysə kəmislihi şəy`, və huvəs səmiul bəsir, və haza şəhrun əzzəmtəhu və kər­rəm­təh, və şərrəftəhu və fəzzəltəhu ələş şuhur, və huvəş şəhrulləzi fərəztə siyaməhu ələyy, və hu­və şəh­ru Raməzan, əlləzi ənzəltə fi­hil Qur`an, hudən lin-na­si və bəyyinatin minəl huda vəl fur­qan, və cəəltə fihi ləy­lətəl qədr, və cəəltəha xəy­rən min əlfi şəhr, fə ya zəl mənni və la yu­mən­nu ələy­k, munnə ələyyə bifəkaki raqəbəti minən nar, fimən təmunnu ələyh, və əd­xil­nil cənnətə, birəhmətikə ya ər­hə­mər rahimin.

Ey uca, ey əzəmətli, ey bağışlayan, ey rəhm edən! Sən böyük Allahsan; heç bir bənzəri olmayan,  Allahsan; hər şeyi eşidən və görən Allah. Bu ay Sənin bütün aylardan əzəmətli və kəramətli etdiyin, şərafətli və üstün tutduğun bir aydır. Hansı ki, o ayda oruc tutmağı mənə vacib etdin. O, Ramazan ayıdır. O ayda insanları hidayət edən və haqqı batildən ayıran və doğru yola yönəldən aydın dəlilləri olan Quranı nazil buyurdun. Onda “qədr” gecəsini təyin etdin və o gecəni min aydan xeyirli etdin. Ey minnət sahibi! Sənə minnət qoyulmaz. Məni cəhənnəm odundan azad etməklə, boynunda minnəti olan bəndələrinn et. Öz rəhmətinlə məni cənnətə daxil et, ey mərhəmətlilərin ən mərhəmətlisi!

Hamınızdan dua diləyirik


Etiketlər :

Ramazan ayının müştərək əməllərindən