Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü
25 December 2024
08:44
۱۷۵
Xəbərin xülasəsi :
Bismilləhir-Rahmənir-Rahim
Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdüRəcəb ayının fəzilətləri olduqca çoxdur. Bu ay ibadət fəslinin ilk ayıdır, yəni ardıcıl olan rəcəb, şəban və mübarək ramazan ayları mənəviyyat baharı və ibadət fəslidir.
Həmçinin, həzrət imam Huseyn əleyhissəlamın Kərbəlada şəhid olan altı aylıq Əli-Əsğər adlı oğlunun dünyaya gəliş ayıdır. Təqribi mülahizələrə əsasən, bu əzəmətli və şərəfli körpənin dünyaya gəliş günü rəcəb ayının 10-u təyin olunur. Bəzi tarixi qaynaqlarda onun adı Abdullah Rəzi kimi qeyd olunmuşdur. Allahın salam və salavatı olsun o kiçik yaşlı, lakin Allah yanında olduqca böyük məqam sahibi olan, “Babul-həvaic” ləqəbi ilə tanınan və tarixi yaşadan o İlahi şəxsiyyətə.
Həzrət Əli Əsğər əleyhissəlamın təvəllüd gününü bütün mömin bacı-qardaşlara təbrik və gözünüz aydın deyirik.
Həzrət Cavad əleyhissəlamın gövhərbar kəlamında
مَن تَکَفَّلَ بِأیتامِ آل محمد المُنقطعین عَن أمامِهِم المَتّحَیرین فی جَهلهم، الاسراء فی أیدی شیاطینهم و فی أیدی النَّواصب منِ أعدائِنا فَاستَنقَذَهم منهم و أخرَجَهُم من حیرَتِهِمَ وَ قَهَرَ الشَّیاطین بِردِّ وَساوِسِهِم و قَهَرَ النّاصِبینَ بِحُجَج ربَّهم و دلیل أئمَّتِهِم لَیُفَضِّلون عندالله تعالی عَلَی العِباد
“Hər şəxs, Məhəmmədin (sallallahu əleyhi və alih) ailəsinin yetimlərinə; imamından ayrı düşmüş, cəhalətində sərgərdan qalmış, şeytanların və düşmənlərimizdən olan nasibilərin əlində əsir düşmüş kəslərə qulluq edib, onları düşmənlərimizin caynağından nicat versə və İlahi sübutlar və İmamların açıq-aşkar dəlillərilə qaldıqları heyrətdən və şeytanların şər vəsvəsələrindən çıxarsalar, Allah taalanın dərgahında belə insan ən fəzilətli bəndələr olacaqlar.”
Mənbə: Biharul-ənvar, cild-2, səh. 6, hədis 11