Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü

29 April 2024

01:53

۱۰۹

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il rəcəb ayının 10-u, miladi 2024-cü il yanvarın 22-i imamət və vilayət səmasının doqquzuncu parlaq günəşi, “Babul-həvaic” həzrət imam Muhəmməd Təqi əleyhissəlamın mübarək təvəllüd günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü

Hicri-qəməri 1445-ci il rəcəb ayının 10-u, miladi 2024-cü il yanvarın 22-i imamət və vilayət səmasının doqquzuncu parlaq günəşi, “Babul-həvaic” həzrət imam Muhəmməd Təqi əleyhissəlamın mübarək təvəllüd günüdür.

Bu əziz və bərəkətli gün münasibətilə ilk növbədə ağamız həzrət imam Sahib-Zamana (Allah onun zühurunu tezləşdirsin) və Əhli-Beyt əleyhimussəlama, daha sonra dünya müsəlmanlarına və xüsusən xalqımızın mömin bacı-qardaşlarına təbrik və gözünüz aydın olsun deyirik!

Babul-həvaic həzrət Əli-Əsğər əleyhissəlamın təvəllüdü

Rəcəb ayının fəzilətləri olduqca çoxdur. Bu ay ibadət fəslinin ilk ayıdır, yəni ardıcıl olan rəcəb, şəban və mübarək ramazan ayları mənəviyyat baharı və ibadət fəslidir. 

Həmçinin, həzrət imam Huseyn əleyhissəlamın Kərbəlada şəhid olan altı aylıq Əli-Əsğər adlı oğlunun dünyaya gəliş ayıdır. Təqribi mülahizələrə əsasən, bu əzəmətli və şərəfli körpənin dünyaya gəliş günü rəcəb ayının 10-u təyin olunur. Bəzi tarixi qaynaqlarda onun adı Abdullah Rəzi kimi qeyd olunmuşdur. Allahın salam və salavatı olsun o kiçik yaşlı, lakin Allah yanında olduqca böyük məqam sahibi olan, “Babul-həvaic” ləqəbi ilə tanınan və tarixi yaşadan o İlahi şəxsiyyətə. 

Həzrət Əli Əsğər əleyhissəlamın təvəllüd gününü bütün mömin bacı-qardaşlara təbrik və gözünüz aydın deyirik.

Həzrət Cavad əleyhissəlamın gövhərbar kəlamında

مَن تَکَفَّلَ بِأیتامِ آل محمد المُنقطعین عَن أمامِهِم المَتّحَیرین فی جَهلهم، الاسراء فی أیدی شیاطینهم و فی أیدی النَّواصب منِ أعدائِنا فَاستَنقَذَهم منهم و أخرَجَهُم من حیرَتِهِمَ وَ قَهَرَ الشَّیاطین بِردِّ وَساوِسِهِم و قَهَرَ النّاصِبینَ بِحُجَج ربَّهم و دلیل أئمَّتِهِم لَیُفَضِّلون عندالله تعالی عَلَی العِباد

“Hər şəxs, Məhəmmədin (sallallahu əleyhi və alih) ailəsinin yetimlərinə; imamından ayrı düşmüş, cəhalətində sərgərdan qalmış, şeytanların və düşmənlərimizdən olan nasibilərin əlində əsir düşmüş kəslərə qulluq edib, onları düşmənlərimizin caynağından nicat versə və İlahi sübutlar və İmamların açıq-aşkar dəlillərilə qaldıqları heyrətdən və şeytanların şər vəsvəsələrindən çıxarsalar, Allah taalanın dərgahında belə insan ən fəzilətli bəndələr olacaqlar.”

Mənbə: Biharul-ənvar, cild-2, səh. 6, hədis 11


Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın təvəllüdü