Ramazan ayının on yeddinci gününün duasının qısa izahı
17 March 2025
04:25
۲۰۵
Xəbərin xülasəsi :
-
Möhtəşəm Səhifəi-Səccadiyyə kitabından 44-cü dua
-
Ramazan ayının on beşinci gününün duasının qısa izahı
-
Həzrət İmam Həsən Müctəbanın (əleyhissəlam) təvəllüdü
-
Ramazan ayının on dördüncü gününün duasının qısa izahı
-
Ramazan ayının gecələrində oxunan dua
-
Ramazan ayının on üçüncü gününün duasının qısa izahı
Bismilləhir-Rahmənir-Rahim
Ramazan ayının on yeddinci gününün duasının qısa izahıاللَّهُمَّ اهْدِنِي فِيهِ لِصَالِحِ الْأَعْمَالِ وَ اقْضِ لِي فِيهِ الْحَوَائِجَ وَ الْآمَالَ يَا مَنْ لا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ وَ السُّؤَالِ يَا عَالِما بِمَا فِي صُدُورِ الْعَالَمِينَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ
“Əllahumməhdini fihi lisalihəl ə`mal, vəqzi li fihil həvaicə vəl amal, ya mən la yəhtacu ilət-təfsiri vəs-sual, ya alimən bima fi suduril aləmin, salli əla Muhəmmədin və alihit tahirin.”
Duanın əsas kəlmə və ifadələri:
Saleh əməl; Allahdan hacət istəmək; Şərh və təfsirə ehtiyacı olmayan; Qəlblərdən xəbərdar; Salavat.
Duanın möminlərə tövsiyə və çağırışı:
1-Allah-taala Qurani-Kərimdə möminlərə vədə veribdir ki, saleh əməl etsələr, onların dualarını qəbul edəcək; (Şura surəsi, ayə 26)
Saleh əməllərimizi on dörd Məsuma (əleyhimussəlam) hədiyyə etsək, Axirətdə o pak insanlarla birgə olacağıq; (Əl-Kafi, cild-2, səh. 118)
2-Allah-taala Öz izzət və cəlalına and içibdir ki, hər kəs Ondan qeyrisindən hacət diləsə, onu xar edəcəkdir; (Əl-Kafi, cild-2, səh. 66)
3-Allah-taala duanı icabət etmək üçün hacətimizdən sual, ya şərh istəməyə ehtiyacı yoxdur;
4-Hacətlərin icabəti üçün Ona təzim etməli və Ondan diləçəliyik;
5-Həzrət Kazim əleyhissəlam: “Mizanda Muhəmməd və Ali Muhəmmədə salavat göndərməkdən ağır və dəyərli əməl yoxdur.” – “Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd” (Əl-Kafi, cild-2, səh. 494, hədis-15)
İlahi! Möminləri saleh əməllərə rəğbətləndir; Quran və Əhli-Beyti (əleyhimussəlam) daimən onların qəlbində yaşat; dua və hacətlərini qəbul et; gecə-gündüz Sənin Peyğəmbərin (sallallahu aleyhi və alih) və onun pak Əhli-Beytinə (əleyhimussəlam) salam və salavat göndərmələrinə nail et; Amin, ya Rabbil aləmin!