Ramazan ayının on yeddinci gününün duasının qısa izahı

27 April 2024

17:25

۳۴

Xəbərin xülasəsi :
İlahi! Bu gün məni saleh əməllərə yönəlt və mənim bütün arzu və hacətlərimi həyata keçir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Ramazan ayının on yeddinci gününün duasının qısa izahı 

اللَّهُمَّ اهْدِنِي فِيهِ لِصَالِحِ الْأَعْمَالِ وَ اقْضِ لِي فِيهِ الْحَوَائِجَ وَ الْآمَالَ يَا مَنْ لا يَحْتَاجُ إِلَى التَّفْسِيرِ وَ السُّؤَالِ يَا عَالِما بِمَا فِي صُدُورِ الْعَالَمِينَ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِهِ الطَّاهِرِينَ

Əllahumməhdini fihi lisa­li­həl ə`mal, vəqzi li fihil həvaicə vəl amal, ya mən la yəhtacu ilət-təfsiri vəs-sual, ya alimən bima fi suduril aləmin, salli əla Muhəmmədin və alihit tahirin.

İlahi! Bu gün məni saleh əməllərə yönəlt mənim bütün arzu və hacətlərimi həyata keçir; Ey, sual və şərhə ehtiyacı olmayan Allah! Ey aləmlərin (xəlqin) qəlbində olanları bilən! Muhəmməd və onun pak Əhli-beytinə salam və salavat göndər!

Duanın əsas kəlmə və ifadələri:

Saleh əməl; Allahdan hacət istəmək; Şərh və təfsirə ehtiyacı olmayan; Qəlblərdən xəbərdar; Salavat.

Duanın möminlərə tövsiyə və çağırışı:

1-Allah-taala Qurani-Kərimdə möminlərə vədə veribdir ki, saleh əməl etsələr, onların dualarını qəbul edəcək; (Şura surəsi, ayə 26)

Saleh əməllərimizi on dörd Məsuma (əleyhimussəlam) hədiyyə etsək, Axirətdə o pak insanlarla birgə olacağıq; (Əl-Kafi, cild-2, səh. 118)

2-Allah-taala Öz izzət və cəlalına and içibdir ki, hər kəs Ondan qeyrisindən hacət diləsə, onu xar edəcəkdir; (Əl-Kafi, cild-2, səh. 66)

3-Allah-taala duanı icabət etmək üçün hacətimizdən sual, ya şərh istəməyə ehtiyacı yoxdur;

4-Hacətlərin icabəti üçün Ona təzim etməli və Ondan diləçəliyik;

5-Həzrət Kazim əleyhissəlam: “Mizanda Muhəmməd və Ali Muhəmmədə salavat göndərməkdən ağır və dəyərli əməl yoxdur.” – “Allahummə salli əla Muhəmmədin və Ali Muhəmməd” (Əl-Kafi, cild-2, səh. 494, hədis-15)


İlahi! Möminləri saleh əməllərə rəğbətləndir; Quran və Əhli-Beyti (əleyhimussəlam) daimən onların qəlbində yaşat; dua və hacətlərini qəbul et; gecə-gündüz Sənin Peyğəmbərin (sallallahu aleyhi və alih) və onun pak Əhli-Beytinə (əleyhimussəlam) salam və salavat göndərmələrinə nail et; Amin, ya Rabbil aləmin!


Etiketlər :

Ramazan ayının on yeddinci gününün duası