Sualınızı soruşun

19 April 2024 Saat 22:06

Bəzi alimlərin kiçik yaşlı qız uşağı ilə izdivac etmək barədə fətvalarına aydınlıq gətirmənizi istərdik

پاسخ :

Bismilləhir-Rahmənir-Rahim

Salamun aleykum və rəhmətullah
Cavab) Kiçik yaşlı uşaqla məhrəmlik icad etmək qəsdi ilə izdivac əqdi oxumaq –uşağın vəlisinin (böyüyünün və sahibinin) icazəsi ilə -bir halda ki, bu izdivacın uşaq üçün məsləhəti olarsa və uşağın əziyyətinə səbəb olmazsa, cayizdir. Əlbəttə həddi büluğa yetməzdən öncə qızla cinsi əlaqədə olmaq haramdır, bu məsələ uşağın məsləhətinə görə əncam verilir. Məsələn, qız uşağının anası ilə məhrəmlik icad etmək üçün onun vəlisinin izni ilə bu əqd oxunur ki, qızın anası “qaynana” olaraq məhrəm olsun, yaxud buna oxşar məsələlərin şəri yolla həll edilməsi, məsləhət olan surətdə öz həllini tapsın.

Amma kiçik yaşlı qız uşağı ilə yaxınlıq və ya hər növ cinsi ləzzət almaq, bir halda ki, uşağın əziyyətinə səbəb olarsa, məlum məsələdir ki, haramdır.

Əslində kiçik yaşlı qız uşağı ilə izdivac vacib deyil, əksinə bu məsələ uşağın vəlisi onun məsləhətini nəzərə alaraq bu məsələyə icazə verir.

Bu məsələnin əsas dəlili müqəddəs Qurani-Kərimdir, hansı ki, əhli-sünnət də onu rədd etməyə qadir deyillər. Allah-taala Qurani-Kərimdə buyurur:

وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ" (الطلاق : 4)

Yəni “heyzdən kəsilmiş qadınlarınız” – (məqsəd yaşlarının çoxluğu səbəbinə heyzləri qət olan qadınlardır ki, artıq heyz olmamalarını bilirlər) –“barədə əgər şübhə etsəniz” – (və onların iddəsini təyin etməkdə çətinlik çəksəniz) –“bilin ki, onların iddəsi üç aydır və heyz yaşına çatmayan qızların da iddəsi, həmçinin” – (yaşlarının hələ həddi buluğa yetişməməsi səbəbinə heyz görməyən uşaqların da iddəsi üç aydır).

Bu mübarək ayədə həddi buluğa yetməyən qız uşaqlarının iddəsi üç ay təyin olunmuşdur. İddə sözünün mənası isə ancaq nikahdan sonra talaq verildikdə qadının (qızın) növbəti ərə getməsinə şəri qanunla icazə verilmə müddəti deməkdir. Deməli, bu mübarək ayə həddi-buluğa yetməyən kiçik yaşlı uşaqla nikah əqdinin səhih olmasına dəlildir ki, əqd oxunduqdan sonra ona talaq vermək və talaq verildikdən sonra iddə saxlaması da mümkün olur. Lakin yaşının kiçik olması və izdivac məsələsində öz məsləhətini tam təyin etməsinə qadir olmaması üçün bu məsələdə uşağın öz icazəsi deyil, əslində onun vəlisinin icazəsi mötəbər sayılır.

Kiçik yaşlı uşağın məsləhəti olan surətdə onunla izdivac əqdinin oxunması məsələsi ancaq şiə məzhəbinə aid deyildir, həqiqətdə bu məsələ bütün əhli-sünnə məzhəblərində də qəbul edilmiş və aydın bir məsələdir. Bu müddəanın doğruluğunu təsdiq edən bir rəvayətə işarə edirik:

Əhli-sünnətin kitablarında gələn səhih və mötəbər rəvayətə əsasən həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) Aişə ilə izdivacı, Aişənin altı yaşında baş vermişdir. Əgər kiçik yaşlı uşaqla izdivac etmək səhih olmazsa, bu rəvayət əhli-sünnətin kitablarında nə üçün gəlmişdir?

Səhih Buxari kitabında belə deyilir: “Peyğəmbər (sallallahu əleyhi və səlləm) Aişə (rəziyəllahu ənha) ilə izdivac etdi, bir halda ki, onun (Aişənin) 6 yaşı vay idi, amma duxul (yaxınlıq) zamanı Aişənin 9 yaşı var idi. Əbu Bəkr (rəziyəllahi ənhu) qızının Peyğəmbərlə (sallallahu əleyhi və səlləm) izdivac etməsinin fəzilət və bərəkətini əldən verməmək üçün onu 6 yaşında Peyğəmbərlə (sallallahu əleyhi və səlləm) izdivac etdirdi”. (صحیح بخاری: باب «تزویج النبی صلى الله علیه وسلم عائشة» حدیث۳۶۸۳

Əhli-sünnətin böyük alimlərindən olan İbni Qudamə “Şərhul-Kəbir” kitabında (20-ci cild, səh. 119) deyir: “Amma qız uşagı barəsində, 9 yaşına çatmayan – bəkarəti olan – qız uşağını, əgər ona münasib və uyğun şəxs olsa, atası onu ərə verə bilər (izdivac etdirə bilər), bu məsələdə heç bir nəzər ixtilafə yoxdur”.

کلمات کلیدی :

Qız uşağı ilə izdivac etmək

۳,۱۰۱