Həzrət Fatimənin (əleyhasəlam) şəhadəti

19 April 2024

07:05

۱,۵۶۵

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq

آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq

Həzrət Fatimənin (əleyhasəlam) şəhadəti

Biz gərək həzrət Fatiməni (əleyhasəlam) yaxşı tanıyaq. Peyğəmbərin zamanında səhabələr onu layiqincə tanımadılar, ona görə də bu bəlaları, müsibətləri və çətinlikləri yaratdılar. Bu müsibətlərin kökü həzrət Fatiməni (əleyhasəlam) tanımamaqları üzündən baş verdi. Əgər onu tanısaydılar, belə əməl etməzdilər.

Həzrətin şəhadəti də tarixdə təsdiq olunmuş aydın bir məsələdir və burada heç də şək-şübhə yeri yoxdur. Əgər əhli-sünnə tarixçilərinin kitablarını nəzərdən keçirsəniz, bu kitablarda həzrət Zəhranın (əleyhasəlam) şəhadəti ilə bağlı hadisələr təkrarən qeyd olunur. Yalnız insafdan uzaq olan inadkar və qərəzli insanlar bu məsələni inkar etmək fikrinə düşə bilər. 

Məsum imamların (əleyhimussəlam) hədislərində nəql olunur:

« إنّ فاطمة صديقةٌ شهيدة »

“Həqiqətən, Fatimə “Siddiqə” və “Şəhidə” olmuşdur!”

Məsum imamlar həm “Siddiqə” kəlməsinin, həm də “Şəhidə” kəlməsinin üzərində çox təkid etmişlər.

 Aişə deyir:

«إنّ فاطمة کانت إذا دخلت علي رسول الله(ص) قام لها من مجلسه»

“Mən görürdüm ki, Fatimə gələrkən, Peyğəmbər onun ayağına qalxardı,”

«و قبّل رأسها و أجلسها مجلسه»

“Onun alnından öpüb öz yerində oturdardı.”

Bunlar öz gözləri ilə görürdülər ki, həzrət Peyğəmbər Xanım Zəhraya necə yüksək məhəbbət və ehtiram göstərirdi.

Bəzi hədislərdə belə nəql olunub:

«خرج النبي(ص) و هو آخذٌ بيد فاطمة و قال:»

“Peyğəmbər Fatimənin əlindən tutmuş halda eşiyə çıxdı və buyurdu:”

« من عرف هذه، فقد عرفها و من لم يعرفها فهي فاطمة بنت محمد»

“Hər kəs bu şəxsi tanıyırsa, tanıyır; amma hər kəs tanımırsa, eşitsin və bilsin ki, bu mənim qızım Fatimədir!”

« و هي بضعة منّي»

“O, mənim vücudumun bir parasıdır.”

« و هي قلبي و روحي التي بين جنبي»

“O, mənim qəlbim və vücudumda olan ruhumdur.”

« فمن آذاها فقد آذاني و من آذاني فقد آذي الله»

“Hər kəs ona əziyyət etsə, mənə əziyyət etmişdir və mənə əziyyət edən kəs Allaha əziyyət etmişdir.”

 Peyğəmbər (sallallahu əleyhi və alih) nə üçün bu mətləbi bu qədər təkidlə bəyan etmişdir?

Bir sıra tarixi mənbələrdə qeyd edilir ki, bəzi hallarda Peyğəmbər (sallallahu əleyhi və alih) Fatiməni gördükdə, göz yaşı axıdıb ağlayardı. Bəziləri soruşardı: “Ey Rəsuləllah! Nə üçün Fatiməni gördükdə göz yaşı axıdırsız?” Həzrət buyurardı: “Məndən sonra ona edilən zülmə xatir, məndən sonra onun haqqını qəsb etmələrinə xatir, onun evinə edilən hücuma xatir...” Bütün bunları Peyğəmbər bəyan etmişdir. Ona görə də tez-tez buyurardı:

« من آذاها فقد آذاني»

“Hər kəs ona əziyyət etsə, şübhəsiz ki, mənə əziyyət etmişdir.”

Amma necə oldu ki, camaat bu deyilən sözləri unutdular və iş görün hara yetişdi? Əhli-sünnənin kitablarına müraciət etdiyimiz zaman bunu nəql edirlər. “Əl-İmamət vəs-siyasət” kitabında deyilir: 

«أرسل أبابکر، عمراً و قنفذاً و جماعةً إلي دار علي و فاطمة»

Əbu Bəkr əmr etdi Ömər, Qunfuz və bəziləri Əlinin evinə tərəf getsinlər. Həmin ev ki, Peyğəmbər hər gün o evin sakinlərinə salam deyərdi. Peyğəmbərin salamı, Allahın salamı idi. Allahın salam dediyi ev sakinlərinə hücum etdilər. Peyğəmbərin məqam və mənsəbini qəsb edən şəxslərin özləri bunu etdilər. Onlar dəfələrlə eşitmişdilər ki, Peyğəmbər buyurmuşdu: “Hər kəs Fatiməyə salam yetirsə, Allah onun yerini Beheştdə mənim kənarımda müəyyən edəcəkdir.” Səhabə həzrət Peyğəmbərin zəhmətlərinin haqqını əda etmək məqsədilə Fatiməyə salam yetirməyə getdilər. İnsan tarixin bu səhifələrini oxuduqda, saatlarla ağlasa, yenə azdır. Peyğəmbərin evi, Fatimənin evi, Əhli-Beytin evi... Camaatın bu evdən hansı xatirələri vardır? Amma Əbu Bəkr, Öməri, Qunfuzu və bir sıra camaatı Əlinin evinə hücum etməyə göndərir.

« و جمع عمر الحطب علي دار فاطمة»

Ömər, Fatimənin evinin qapısı ağzına odun yığdırır,

« و أحرق بابها»

Evin qapısına od vurdu,

« و لمّا جاءت فاطمة خلف الباب»

Evinin qapısını yanan gördükdə, Fatimə qapının arxasına gəldi,

«تعدّ عمر و أصحابه و أثر عمر فاطمة خلف الباب»

Ömər hiss etdi ki, Fatimə qapı arxasındadır, qapını mönkəm sıxdı,

«حتّي أسقطت جنينها و نقط مثمار الباب في صدرها و سقطت مريضةً حتي ماتت»

Peyğəmbərin vəfatından bir neçə gün keçdikdən sonra bu hadisə baş verdi və bu da Həzrətin şəhadət səbəbi oldu.

«و سيعلم الذين ظلموا أيّ منقلب ينقلبون»


Etiketlər :

Həzrət Ayətullah Məhəmmədcavad Fazil Lənkəraninin (bərəkətli ömrü uzun olsun) “Fatimiyyə” günlərində buyurduğu danışıq