Rəvayətlərdə qəlbdən məqsəd

20 April 2024

14:19

۱,۵۱۳

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها
 

Bismilləhir-Rahmənir-Rahim

Rəvayətlərdə qəlbdən məqsəd

Əgər insan Allah-taalanın ona nəzər edib etməməsini bilmək istəyirsə, nişanələrindən biri budur ki, baxıb görsün qəlbi onu moizə edir ya yox? Elə ki, bir yerdə tək qalır və günah etmək fikrinə düşür, aya bu qəlb onu hədələyib məzəmmət edir ya yox? Qəlbi onu yaxşı işləri etməyə təşviq edir, onun nəzərini əməllərinin yaxşı və pis nəticələrinə yönəldir ya yox? Təəssüflər olsun ki, mümkündür bir çoxlarımız səhv bir əməl edək, amma o əməllə bağlı özümüzü məzəmmət də etmirik. Bunun mənası odur ki, qəlb moizə və öyüd-nəsihət etmir.

Yaxud bəzən belə təbir olunur:

"مَنْ كَانَ لَهُ مِنْ قَلْبِهِ وَاعِظٌ كَانَ عَلَيْهِ مِنَ اللَّهِ حَافِظ"[1]

Əgər bir şəxsin qəlbi onu moizə etsə, bu qəlb Allah-taala tərəfindən onu hifz edəndir. Bir sıra rəvayətdə qəlbin qaralması təbirini müşahidə edirik.

"قَلْبُ الْمُؤْمِنِ أَجْرَدُ فِيهِ سِرَاجٌ يَزْهَرُ وَ قَلْبُ الْكَافِرِ أَسْوَدُ مَنْكُوس "[2]

Mömin insanın qəlbi pak və saf bir qəlbdir, onda heç bir qaranlıq müşahidə olunmaz. Amma kafir insanın qəlbi qaranlıq və zülmətdir.

Öncə qeyd olundu ki, burada qəlbin mənası bədəndə olan bir parça ət deyildir. Yəni kafir adam öz nəfsini qaranlıq və zülmətə çəkmişdir. Allaha və ibadətə sövq edilməyən nəfs, tam qaranlıq və zülmətli bir həqiqətə çevrilir.

Həzrət Baqir əleyhissəlam bir rəvayətdə buyurur:

"الْقُلُوبُ ثَلَاثَةٌ: قَلْبٌ مَنْكُوسٌ لَايَعِي شَيْئاً مِنَ الْخَيْرِ، وَ هُوَ قَلْبُ‏ الْكَافِرِ،

İnsanların qəlbləri üç qismdir: heç bir xeyir və nuraniliyi olmayan bir qəlb, yəni belə qəlb heç bir nurani əməl üçün hazır deyildir. Bu kafir insanın qəlbidir,

"وَ قَلْبٌ فِيهِ نُكْتَةٌ سَوْدَاءُ، فَالْخَيْرُ وَ الشَّرُّ فِيهِ يَعْتَلِجَانِ، فَأَيُّهُمَا كَانَتْ مِنْهُ غَلَبَ عَلَيْهِ،

Digəri elə bir qəlbdir ki, onda qara bir nöqtə vardır. Xeyir və şər o qəlbdə dövr vurur, hər biri qələbə çalsa, onda baqi qalacaqdır;

[3]"وَ قَلْبٌ مَفْتُوحٌ، فِيهِ مَصَابِيحُ تَزْهَرُ، وَ لَايُطْفَأُ نُورُهُ إِلى‏ يَوْمِ الْقِيَامَةِ، وَ هُوَ قَلْبُ الْمُؤْمِنِ"

Elə qəlb də vardır ki, (geniş,) açıq-aydın və nuranidir, (onda işıq saçan çıraqlar vardır) və onun nuru Qiyamətə qədər sönməyəcəkdir. Qiyamət gününə qədər nur saçan o qəlb, (möminin qəlbidir)” və İlahinin mömin insana inayət buyurduğu nurani nəfsidir. Lakin kafir insan Allahın onun üçün müəyyən etdiyi həmin nəfsi qaranlıq və zülmətə qərq etmişdir, artıq onda heç bir xeyir və nur qərar tapmır. Amma mömin insanın qəlbi və nəfsi xeyirxahlıqlar və nuraniliklər üçün bir məhələ çevrilmişdir.

Beləliklə, hamımızın diqqət etməsi lazım olan məsələlərdən biri bu qəlbdir. Görək, hər ötən gün ərzində qəlbimizin nuraniliyini nə qədər artırmış və yaxud Allah etməsin, onun nuraniliyindən nə qədər azaltmışıq? Qəlbin nuranilik dərəcəsindəki ixtilaf namazın batini və həqiqətində olan ixtilafı vücuda gətirir. Allah-taala qəlblərimizə daha artıq nuranilik inayət buyursun.


[1] Əgər bir şəxsin qəlbi onun özü üçün moizə və öyüd-nəsihət edən olarsa, Allah-taala tərəfindən ona bir mühafizəçi olar” – Biharul-ənvar, cild 70, səh. 327.

[2] Mömin şəxsin qəlbi safdır və onda işıq saçan bir şıraq vardır, kafirin qəlbi isə qaralmış və (tərsinə) dönmüşdür” – Miratul-uqul, cild 9, səh. 413.

[3] Kafi, cild 2, səh. 423.

(Bəhsin ardını izləyin)

 

Etiketlər :

Rəvayətlərdə qəlbdən məqsəd