Nur sırası

26 April 2024

13:30

۱,۴۶۸

Xəbərin xülasəsi :
Son dövrün böyük din alimi müsəlman dünyasının mərcəi-təqlidi həzrət Ayətullah Uzma Fazil Lənkəraninin (quddisə sirruh) həyatına qısa baxış
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Nur sırası

Müqəddimə

İslam tarixində hər biri məktəb ola biləcək simalar kifayət qədərdir. Məhəmməd Peyğəmbərin (s) vəfalı, sədaqətli, imanlı səhabələri, İmam Əlinin (ə) ixlaslı silahdaşları, digər on bir imamımızın təqvalı ardıcılları mənəviyyat örnəyi kimi tanınırlar. Onlar haqqında aparılan araşdırmalar əsər halında oxuculara təqdim edilibsə də, tədqiqatlar davam edir, bu yolda gecəni gündüzə qatan İslam alimləri yüksək ruhiyyə ilə işlərini davam etdirirlər. Danılmaz həqiqətdir ki, bu yolun yolçuları nəfsini boğmuş, özünü tərbiyələndirmiş şəxslər olduğundan tarixi oçerklər yazmazdan qabaq insanların həyatını, əxlaqını, yaşam tərzini, ədəbrkanını, fəaliyyətini tənzimləyən əbədiyaşarQuran akademiyasınınməzunlarıdırlar. Quran ruhunda formalaşmış şəxsiyyət nəinki tarixi nümunələrdən faydalı əsərlər yazır, həm də nəticədə özü bir örnək olur.

Böyük alimin vətəni

Hazırki Ərkivan Masallı şəhərindən iki kilometr qərbdə, Viləş çayının sağ sahilində, Lənkəran ovalığında və Talış dağlarının ətəyində yerləşir. Lənkəran ovalığı isə Talış sıra dağları ilə Xəzər dənizi arasında qərar tutub.

Deyirlər Ərkivan Dəştvəndin bir parçasıdır. Dəştvənd isə Talış xanlığının 8 məşhur mahalından biri olmuşdur. Bu mahal qərbdən Talış dağları, şərqdən Xəzər dənizi və Muğan düzü ilə, cənubdan bugünkü Boradigahın, şimaldan Göytəpənin ərazisini əhatə edən çox sərvətli bir məkan olub. Ərkivan isə bu mahalın mərkəzi, sanki üzük qaşı sayılıb. Bir sıra tədqiqatçılar isə ümumiyyətlə Dəştvənd və Ərkivanın eyni yer olduğunu bildirirlәr. S. Kazımbəyoğlunun fikrincə, “Talış xanlığının ən böyük mahallarından biri olan Ərkivan, xanlığın şimalında yerləşib, qərb hissəsi dağlıq, şərqi isə düzənlik olan bir mahal olmuşdur. Şimaldan və şimali-şərqdən Şirvan vilayəti, şərqdən Xəzər dənizi, cənubdan Lənkəran və dağlıq mahalları, qərbdən Səfdəşt mahalı və İranla sərhəd olmuşdur.”

“Dəştvənd” adına görə bir çox tədqiqatçılar Ərkivanı çöl kənarı, dəniz kənarı olan yer adlandırır. Sоn illərə qədər kənddə bir neçə yerdə tapılmış lövbər qalıqları buranın dəniz kənarında yerləşən bir yer olması ehtimallarını daha da gücləndirir. Xəzərin səviyyəsinin son minilliklərdə 6-7 dəfə kəskin şəkildə yüksəlməsi, Lənkəran şəhəri özü də Dilçi alim, professor Ağamusa Axundov yazır ki, “Ərkivan” qala yeri deməkdir.

(ardını izləyin)

 

 

 

Etiketlər :

Nur sırası