Günah, qəlbin qaralması amili

25 April 2024

12:46

۱,۵۸۷

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

"كَلاَ بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ"[1]

Heç də belə deyildir. Əslində onların qəlblərini qazandıqları (günahlar) qaplamışdır.

Qeyd olundu ki, qəlb, Allah-taalanın insanın vücudunda qərar verdiyi həmin ilah və rəbbani nəfsdir və onun vasitəsilə insan məsələləri dərk edir, yaxşı və pisi düşünür, səhih və qeyri-səhihi, haqq və batili bir-birindən ayırır. Bu zəmində olan ayələr və rəvayətləri mülahizə etdikdə, aydın olacaqdır ki, qəlb dedikdə məqsəd nədir.

Qurani-Kərimdə Allah-təbarək və təala buyurur:

"وَنَطْبَعُ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَسْمَعُونَ"[2] 

Biz (istəsək, günahlarına görə) bəzi insanların qəlblərini möhürləyərik və onlar da eşitməzdilər.”

Yaxud başqa ayədə buyurur:

"وَطَبَعَ اللَّهُ عَلَى قُلُوبِهِمْ فَهُمْ لاَ يَعْلَمُونَ"[3]

Allah onların qəlblərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (heç nə) bilməzlər.”

Deməli, Allah-taala günahkar insanların qəlblərini möhürləyir. Quran maarifinə əsasən əgər insan günah vadisinə düşsə və tövbə etməsə; birinci günahı etdikdə, tövbə etmədi, ikinci və üçüncü günahları da etdikdə tövbə etmədi, bu günahlar o qədər üst-üstə toplanır ki, onun bütün qəlbini bürüyür. Qurani-Kərim bu məsələni belə ifadə edir ki, Allah günahla dolu bu qəlbi möhürləyir və qəlbinə möhür vurulmuş şəxs, artıq nuranilik, haqq və həqiqət yolunda deyildir. Başqa bir təbirdə buyurur:

"كَلاَ بَلْ رَانَ عَلَى قُلُوبِهِمْ مَا كَانُوا يَكْسِبُونَ"[4]

“Heç də belə deyildir. Əslində onların qazandıqları (günahlar) qəlblərini pasladıb qaplamışdır.”

[1] Mutəffifin surəsi, ayə 14.

[2] Əraf surəsi, ayə 100.

[3] Tövbə surəsi, ayə 93.

[4] Mutəffifin surəsi, ayə 14.

(ardını izləyin)

Etiketlər :

Namazın sirləri və qaydaları