( بازدید : 599 ) 2017/2/18MÜXTƏLİF XƏBƏRLƏR

Günah, qəlbin qaralması amili

خلاصه خبر :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından


Bismilləhir-Rahmənir-Rahim

Qəlbin cəng atıb paslanması dedikdə məqsəd budur ki, insanın etdiyi pis əməllər o qədər onun qəlbini bürüyür ki, bu insan artıq haqqı batildən, xeyri şərdən ayırd edə bilmir. Məlum olur ki, (günahkar) insanın qəlbi Allah tərəfindən pasladılıb möhürlənir.

Bir rəvayətdə mərhum Zurarə həzrət imam Baqirdən (əleyhissəlam) belə nəql edir:

"مَا مِنْ عَبْدٍ إِلَّا وَ فِي‏ قَلْبِهِ‏ نُكْتَةٌ بَيْضَاءُ فَإِذَا أَذْنَبَ ذَنْباً خَرَجَ فِي النُّكْتَةِ نُكْتَةٌ سَوْدَاءُ"

Hər bir insanın qəlbində bəyaz və ağ rəngdə bir nöqtə vardır, elə ki, günah edir, onun üzərində qara bir nöqtə vücuda gəlir,

"فَإِنْ تَابَ ذَهَبَ ذَلِكَ السَّوَادُ"

Əgər tövbə etsə, o qaraltı aradan gedir,

"وَ إِنْ تَمَادَى فِي الذُّنُوبِ زَادَ ذَلِكَ السَّوَادُ حَتَّى يُغَطِّيَ الْبَيَاضَ"

Əgər öz günahlarına davam etsə, o qaraltı bütüt ağ yeri örtüb qaraldır,

"فَإِذَا غَطَّى الْبَيَاضَ لَمْ يَرْجِعْ صَاحِبُهُ إِلَى خَيْرٍ أَبَداً"

Elə ki, o bəyaz nöqtə tamamilə örtüldü və qəlb zülmət və qaranlığa tutuldu, bu günahkar şəxs bir daha xeyr ardınca getməz.

Sonra İmam buyurur:

"وَ هُوَ قَوْلُ اللَّهِ عَزَّ وَ جَلَّ- كَلَّا بَلْ رانَ عَلى‏ قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُون"

Bu ki, Allah-taala Quranda “onların qəlbləri cəng atıb paslanar” – deyə buyurur, pas atmaqdan məqsəd belə bir mənadır.

Beləliklə, məlum oldu qəlbdən məqsəd nədir: elə bir qəlbdir ki, onda zülmət və nuraniyyət vardır, o qəlb ki, səadət və şəqavəti (bədbəxtliyi) qəbul edir, o qəlb ki, “iqbalü idbarı vardır” – bir şeyə üz gətirib digər şeydən uzaqlaşmağa qadirdi. Namazda “hüzuri qəlb” – qəlbin hazır olması bəhsində məqsədimiz belə bir mətləbi bəyan etməkdir.

(ardını izləyin)


کلید واژه : Namazın sirləri və qaydaları