Həzrəti Fatimeyi-Zəhranın (əleyha salam) şəhadəti

18 May 2024

19:58

۱,۳۴۹

Xəbərin xülasəsi :
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Fatimə mənim canımın parçasıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Peyğəmbəri-Əkrəmin canının parçası

Buxari, Əbu Vəliddən, o da İbni Üyeynədən, o da Əmr ibni Dinardan, o da İbni Əbi Məlikədən, o da Müsəvvər ibni Muxrəmədən bu kəlmələri nəql etmişlər:

أَنَّ رَسُولَ اللّٰهِ- قَالَ: فَاطِمَةُ بَضْعَةٌ مِنِّي فَمَنْ أَغْضَبَهَا أَغْضَبَنِي

Həqiqətən Allahın Rəsulu (səlləllahu əleyhi səlləm) buyurdu: “Fatimə mənim canımın parçasıdır, hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”

Bu rəvayətin iki yönü vardır: birincisi dəlil yönündən, ikincisi mədlul (rəvayətin nəyə dəlalət etməsi) yönündən. Dəlil cəhətindən bu rəvayət elə yüksək səhihlik dərəcəsinə malikdir ki, onda heç bir vəch ilə münaqişə edib irad tutmaq olmaz. Sünnü alimləri arasında misli tayı bərabəri olmayan ən güclü tənqidçi Zəhəbidir. Zəhəbi deyir: Allahın Rəsulunun (səlləllahu əleyhi və [alihi və] səlləm) buyurduğu “Fatimə mənim canımın parçasıdır, onu narahat edən şeylər məni narahat edir, ona əziyyət verən şeylər mənə əziyyət verir.” rəvayəti səhihdir.

Zəhəbinin “səhihdir” dediyi bir rəvayət, o səhih rəvayət ki,  imam Cəfər Sadiqdən heç bir hədis nəql etməyən Buxari onun səhihliyinə etiraf edirsə, onda görəsən, bu hədis sənədinin mətləbinin səhihliyi baxımdan aləm əhlinə necə bir höccətdir?

Bundan əlavə, bu rəvayət “icmali təvatür həddindədir və onun Allahın Rəsulu tərəfindən deyilməsi də qətidir. Deməli, bu yöndə hər növ şəkk-şübhə və tərəddüdə yer yoxdur. Dəlilin qüdrəti bu həddədir!

Amma onun mədlul məzmununun qüdrətinə gəldikdə isə... Bu rəvayətin məfhumu nədir? Əvvəldə dediyimiz “Fatimə mənim canımın parçasıdır; hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir” hədisi ikinci rəvayət üçün müqəddimədir.

İkinci rəvayət budur: Allahın Rəsulu Fatiməyə Ÿ buyurmuşdur:

قَالَ رَسُولُ اللّٰهِ لِفَاطِمَةَ إنَّ اللّٰهَ [الرَّبَّ] يَغْضَبُ لِغَضَبِکِ وَ يَرْضَى لِرِضَاکِ

“Həqiqətən, Allah (Rəbb) sənin qəzəbinlə qəzəblənər, sənin razılığınla razı olar.”

Razılıq qəzəb nədir? Haradan əmələ gəlir? Haraya gedib çatır? Nədən qaynaqlanır? Nəbatat aləmində iki cür qüvvə vardır: biri lazım olan şeyləri cəzb etmək qüvvəsi, digər isə zərərli olan şeyləri dəf etmək qüvvəsi. Bu canlı bitkinin həyatı bu iki qüvvə əsasındadır. Bu iki qüvvə heyvani həyata çatdığı zaman cəzb dəf etmə halətindən xaric olaraq razılıq qəzəb surətinə çevrilir.

Bu razılıq qəzəb öz təbiətindən kömək alan heyvanın çərçivəsindədir, yalnız onun təbiətindən kömək alır. Razılıq qəzəb bir canlının təbiətindən baş qaldırdığı üçün o, heyvan olur. Sonra insani həyata növbə çatır. Bizim həyatımız insani həyat deyildir. Burada təvazökarlıq da etmirik, bizim məclisimiz təvazökarlıq məclisi deyildir.

İnsani həyat o yerdədir ki, bəşər (həqiqi mənada) insan olan bir yerə çatmış olsun. O vaxt insan olar? “İnsanın (şəxsiyyətinin) əsası onun əqlidir.”[1] O vaxt (insani həyat olur) ki, razılıq qəzəbin başlanğıcı tamamilə əql olsun. Kim bu məqama çatıbdır? Hər kəs aqil olsa, əqlin ilk mərhələsində hələ insan olmadığını başa düşər. Bu çox mühüm məsələdir. Biz hələ insaniyyətin meyarının olduğunu bilmirik. Əgər məqamın genişləndirilməsi nahiyəsindən bizim razılığımız genişlənirsə, (başa düşərik ki,) hələ insaniyyət məqamına çatmamışıq hərçənd qarın cinsi ləzzətlərdən keçsək belə. Mühüm məsələ budur: əgər bir yerdə görsək ki, bizə ürək bağlayan bir şəxs hər hansı bir yerdə bizdən üz döndəribdir, narahat olaraq, ya yox? Əgər narahat oluruqsa, deməli, hələ insan olmamışıq. Əgər özümüz kimi olan bir varlığın bizdən iki qarış uca olduğunu görüb narahat olsaq, üzümüzün rəngi qızarsa, deməli, hələ insaniyyət məqamına çatmamışıq. İnsaniyyət məqamına çatmaq o zaman mümkündür ki, razılıq qəzəb yalnız əqldən qaynaqlanmış olsun.

Əgər ömrün boyu razılığın bircə dəfə olsa belə, əqldən qaynaqlansa, elə həmin bir dəfə insansan. Bundan sonra əgər qarından, şəhvətdən, yaxud rəyasətdən irəli gəlsə, heyvanlardan biri olacaq ki, onların meyarları da o xüsusi sifətlərdən biridir. Aqil olmaq belədir. Əgər bir dəfə, iki dəfə yox, mütləq şəkildə bu həddə çatsa razılıq qəzəb sözün həqiqi mənasında əqldən qaynaqlansa, bu, əqlani insan olacaqdır: “Əqlin razılığı ilə razı olar, əqlin qəzəbi ilə qəzəblənər.”

[1] İmam Sadiq buyurur:

قَالَ أَبُوعَبْدِاللَّهِA: دِعَامَةُ الْإِنْسَانِ الْعَقْل

“İnsanın şəxsiyyətinin əsası əqldir.” “Kafi”, Şeyx Kuleyni, 1-ci cild, səh. 25

İltimasi dua!

 

Etiketlər :

Həzrəti Fatimeyi-Zəhranın (əleyha salam) şəhadəti