Camiəyi-Kəbirə ziyarətnaməsinin şərhi

29 April 2024

12:58

۱,۲۷۹

Xəbərin xülasəsi :
Həqiqətən, Əhli-beytin ziyarəti insana şərafət və izzət bağışlayır. Ziyarətə getdikdə insan özünü məsumların fəzilət dəryasına vəsl edərək bütün çirkinlikləri vücudundan uzaqlaşdırır. Əhli-beytin ziyarəti insanın dünyasına səadət, axirətinə də əbədiyyət bəxş edir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

İmam Əli əleyhissəlam buyurdu:

"الَّذينَ قالَ رَسولُ اللهِ صلي الله عليه وآله فِي آخِرِ خُطْبَتِهِ يَوْمَ قَبَضَهُ اللهُ عَزَّ وَ جَلَّ إِلَيْهِ: إنِّي قَدْ تَرَكْتُ فِيكُمْ أَمْرَيْنِ لَنْ تَضِلُّوا بَعْدِي ما إِنْ تَمَسَّكْتُمْ بِهِما...فَتَمَسَّكُوا بِهِما لا تَزِلُّوا وَ لا تَضِلُّوا وَ لاَ تُقَدِّمُوهُمْ فَتَضِلُّوا".

«Əzəmətli Allah, Peyğəmbəri Öz yanına apardığı gün Rəsulallahın son xütbəsində onlar barəsində bu sözləri buyurduğu şəxslərdir: «Mən sizə iki mühüm məsələni tapşırıram. Əgər onlardan möhkəm tutsanız, məndən sonra heç zaman zəlalətə düşməzsiniz. Elə isə, onlara sığının ki, azğınlığa və zəlalətə düçar olmayasınız. Həmçinin, heç vaxt onlardan irəliyə keçməyin. Çünki bu sizin doğru və haqq yoldan çıxmağınıza səbəb olar»».[1]

Hər kəs Peyğəmbər və onun pak Əhli-beytini özünə meyar bilməsə, onlara sığınmasa və onlarla rabitəsini kəssə, mütləq nalayiq və səviyyəsiz insanlara qoşulacaqdır. Çünki insan öz təbii və ictimai yaşayışı baxımından, başqaları ilə münasibət qurmadan həyat sürə bilməz. Lakin məsələ, kiminlə və necə münasibət qurmaqdadır. Belə ki, əgər insan Peyğəmbər və Əhli-beytlə rabitə və ünsiyyət saxlasa, zəlalət uçurumundan amanda qalacaqdır. Amma əgər nalayiq və yararsız insanlara sığınıb onlara məhəbbət bəsləsə, təbiidir ki, onların yanlış və batil düşüncələri nəticəsində Allah dostlarından uzaq düşəcək, heyrət və çaşqınlıq içərisində qalacaqdır.

İnsan yaxşı adamla oturub-dursa, yaxşı olacaq. Pis adamla dostluq etsə, bir zaman belə deyəcək:

﴿يا وَيْلَتَى لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلاَنًا خَلِيلًا﴾

«Vay halıma! Kaş filankəsi özümə dost etməyəydim».[2]

Artıq ata-anasından şikayət etməyəcək və dostu barəsində təəssüflənəcəkdir. Çünki hətta, ata-ana da dost qədər adama təsir qoymur.

Heyfsilənərək deyəcək:

﴿...يَا لَيْتَنِي كُنْتُ تُرَابًا﴾

«Kaş torpaq olaydım».[3]

Öz cəzasının intizarını çəkəndə deyəcək: «Kaş torpağa dönəydim. Kaş mənim üstümdə yol gedəydilər və tapdalanaydım. Torpaq tapdalanıb yumşalan kimi, mən də yumşalıb ələnəydim və adam olaydım».

Yəqin ki, ağac yetişdirənlərin cavan ağac kənarında qurumuş bir düz çubuq basdırdıqlarını görmüsüz. Ağacı o çubuğa bağlayırlar ki, düz inkişaf etsin. Əgər o quru çubuq əyri olsa, ağac da əyri bitəcəkdir. Biz insanlar da eləyik, düz yaşamaq və yaxşı adam olmaq üçün, gərək yaxşı və düzgün adama etimad edib söykənək, düz yaşamağı ondan öyrənək. Əgər belə etməsək, pislərə qoşulacaq və bədbəxtliyə məruz qalacağıq...

Əhli-beyt əleyhimussəlam insanları zülmətdən nura və zəlalətdən doğru yola hidayət edənlərdir. Əhli-beytə sığınmaq və onlarla gözəl münasibət yaratmaq, sevimli Allahın dostları sırasında olmaq deməkdir.

Həzrət Əli əleyhissəlamın ziyarətində belə oxuyuruq:

"أَلْتَمِسُ بِذَلِكَ كَمالَ الْمَنْزِلَةِ عِنْدَ اللهِ"

«Sizin ziyarətinizə gələrək Allah yanında sevimli məqama çatmaq istəyirəm».[4]

Həqiqətən, Əhli-beytin ziyarəti insana şərafət və izzət bağışlayır. Ziyarətə getdikdə insan özünü məsumların fəzilət dəryasına vəsl edərək bütün çirkinlikləri vücudundan uzaqlaşdırır. Əhli-beytin ziyarəti insanın dünyasına səadət, axirətinə də əbədiyyət bəxş edir.

(ardını izləyin)

[1] «Usuli-kafi», cild 2, səh. 414.

[2] «Furqan» surəsi, ayə 28.

[3] «Nəbə`» surəsi, ayə 40.

[4] «Təhzibul-əhkam», cild 6, səh. 27.

Etiketlər :

Camiəyi-kəbirə ziyarətnaməsinin şərhi