Qəlbin Allaha təvəccöh edib üz gətirməsinin nişanələri

12 May 2024

00:27

۱,۱۴۹

Xəbərin xülasəsi :
Həzrət Ayətullah Şeyx Muhəmməd Cavad Fazil Lənkərani (Allah bərəkətli ömrünü uzun etsin) cənablarının "Namazın əsrarı və qaydaları" mövzusunda buyurduğu dəyərli çıxışlarından
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Sadiq əleyhissəlam buyurdu:

"لَيْسَ‏ مِنْ‏ عَبْدٍ مُؤْمِنٍ‏ يُقْبِلُ‏ بِقَلْبِهِ‏ عَلَى‏ اللَّهِ‏ عَزَّ وَ جَلَّ فِي صَلَاتِهِ وَ دُعَائِهِ إِلَّا أَقْبَلَ اللَّهُ عَلَيْهِ بِقُلُوبِ الْمُؤْمِنِينَ إِلَيْهِ وَ أَيَّدَهُ مَعَ مَوَدَّتِهِمْ إِيَّاهُ بِالْجَنَّة"

Hər bir mömin bəndə öz namaz və duasında qəlbi ilə Allaha üz gətirərsə, Allah-taala möminlərin qəlbi ilə mütləq ona təvəccöh edib nəzər salacaqdır.

İnsanın canı və ruhu olan qəlbi barəsində üçüncü mətləb budur ki, əgər insan öz qəlbi ilə Allah təbarək və taalaya üz gətirib təvəccöh etməyə nail olsa, hər bir əməl və ibadətdə, məxsusən də namazda bu halət səbəb olur ki, Allah-taala da ona nəzər salsın.

Həzrət imam Sadiq əleyhissəlam buyurur:

" فَإِذَا صَلَّيْتَ فَأَقْبِلْ بِقَلْبِكَ عَلَى اللَّهِ عَزَّ وَ جَلَّ فَإِنَّه لَيْسَ‏ مِنْ‏ عَبْدٍ مُؤْمِنٍ‏ يُقْبِلُ‏ بِقَلْبِهِ‏ عَلَى‏ اللَّهِ‏ عَزَّ وَ جَلَّ فِي صَلَاتِهِ وَ دُعَائِهِ إِلَّا أَقْبَلَ اللَّهُ عَلَيْهِ بِقُلُوبِ الْمُؤْمِنِينَ إِلَيْهِ وَ أَيَّدَهُ مَعَ مَوَدَّتِهِمْ إِيَّاهُ بِالْجَنَّة"[1]

Hər bir mömin insan namaz, dua və hər hansı ibadət əsnasında öz qəlbi ilə Allah təbarək və təalaya üz gətirsə, mütləq Allah-taala möminlərin qəlbi ilə ona nəzər salacaqdır. Allahın insana nəzər salmasının birinci nişanəsi budur ki, möminlərin qəlblərini ona yönəldir. Möminlərin qəlbləri dedikdə, yəni Allahpərəstlərin, müvəhhidlərin (təkallahlıların) və iman əhlinin qəlbləri: “وَ أَيَّدَهُ مَعَ مَوَدَّتِهِمْ” – demək, Allah möminlərdə Öz bəndəsinə sevgi və məhəbbət yaratmaqla ona kömək olur.

Həzrət Baqir əleyhissəlam başqa bir rəvayətdə həzrət Rəsulallahdan (sallallahu əleyhi və alih) belə buyurur:

"إِذَا قَامَ‏ الْعَبْدُ الْمُؤْمِنُ‏ فِي‏ صَلَاتِهِ‏ نَظَرَ اللَّهُ‏ إِلَيْهِ‏ أَوْ قَالَ أَقْبَلَ اللَّهُ عَلَيْهِ حَتَّى يَنْصَرِفَ

Mömin insan namaz qılmağa dayandıqda bütün qəlbi ilə Allaha mütəvəcceh olar, Allah-taala da namazı sona yetənə qədər ona təvəccöh edib nəzər salar.

[1] Hər zaman namaz qıldıqda bütünlüklə əziz və cəlalətli Allaha üz gətir! ona görə ki, hər bir mömin bəndə namaz və duasında öz qəlbi ilə Allah təbarək və təalaya üz gətirsə, mütləq Allah-taala möminlərin qəlblərini ona tərəf yönəldəcək və Behiştə varid olana qədər möminlərin məhəbbətini ona köməkçi edəcəkdir.” “Mən la yəhzuruhul tərih”, 1-ci cild, səh. 209; “Vəsailuş-Şiə”, 5-ci cild, səh. 477; “Biharul-ənvar”, 81-ci cild, səh. 260.

(ardını izləyin)

 

Etiketlər :

Qəlbin Allaha təvəccöh edib üz gətirməsinin nişanələri