Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın qəzavətlərindən

25 April 2024

13:33

۹۵۶

Xəbərin xülasəsi :
Əmr be məruf və nəhy əz munkər-fərizəsinin doğru və şəraiti ilə icra edilməsi
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Əmirəl-Möminin Əli əleyhissəlamın qəzavətlərindən

Üç qardaş bir kişini hz  Əlinin (əleyhissəlam) yanına gətirdilər və dedilər.. Bu kişi bizim atamızı öldürüb.

İmam Əli (əleyhissəlam) həmin kişiyə dedi : Niyə onu öldürmüsən?

Kişi dedi: Mən dəvə, keçi və...çobanıyam, dəvələrimdən biri bunların atalarının bağındakı bir ağacın yarpağını yeyirdi. Ataları dəvəni daşla vurdu və dəvə öldü. Mən də həmin daşı götürüb atalarına vurdum.

İmam Əli (əleyhissəlam) buyurdu: Şəriət təyin edən hədd icra olunmalıdır.

Kişi dedi: Mənə 3gün möhlət verin. Atam dünyadan gedib. Mən və kiçik qardaşım üçün bir yerə xəzinə qoyubdur. Əgər mənə nəisə olsa o xəzinə aradan gedəcək və qardaşım onun yerini heç vaxt bilməyəcək.

İmam Əli (əleyhissəlam) buyurdu: Kim sənə zamin durar?. O kişi camaata baxdı. Və işarə edib dedi: Bu şəxs.

İmam Əli (əleyhissəlam) buyurdu: Ey Əbuzər sən bu kişiyə zamin durursanmı?

Əbuzər dedi: Bəli.

İmam buyurdu: Sən onu tanımırsan əgər o qaçsa şəriət həddi sənin üzərində icra olunacaq.

Əbuzər dedi: Mən bu kişiyə zamin dururam ey möminlərin ağası.

O kişi getdi. 1ci, 2ci, 3cü gün keçdi. Camaat  Əbuzərdən ötrü narahat idi ki, hədd Əbuzərin üzərində icra olacaq.

Sonda həmin kişi şam azanından bir az əvvəl çox yorğun halda imam Əlinin (əleyhissəlam) yanına gəlir və deyir: Xəzinəni qardaşıma verdim. Və indi sizin fərmanınıza təsliməm, şəriətin dediyi həddi icra edə bilərsiz.

İmam buyurdu: Sənin qayıtmağına nə bais oldu, bir haldaki qaça bilərdin?

Kişi dedi: Qorxdumki “vəfa və əhd” camaat arasından gedər.

İmam Əbuzərə sual etdi: niyə bu kişiyə zamin durdun?

Əbuzər dedi: Qorxdumki “xeyir və yaxşılıq” camaat arasından gedər.

Öldürülən kişinin oğulları bu səhnədən təsirlənib dedilər: Biz onu qisas etməkdən keçirik.

İmam Əli (əleyhissəlam) dedi: Niyə?

Onlar dedilər: Qorxuruq “keçəcəklik və bağışlamaq” camaat arasından gedər.

Və biz bu yazını tərcümə etdik və sizə yolladıq qorxduqki “xeyirə dəvət” və “Mövla Əlinin fəziləti”  camaat arasından gedər. 

Aqil Əhməd

Etiketlər :

Həzrət Əmirəl-möminin Əli əleyhissəlamın qəzavətlərindən