Həzrət İmam Rza əleyhissəlamın həyatına bir baxış

20 April 2024

13:37

۹۷۴

Xəbərin xülasəsi :
Həzrət İmam Riza əleyhissəlamın Xorasana gətirilməsi:

Məmun əvvəlcə Həzrət İmam Riza əleyhissəlamı, Əli əleyhissəlamın nəslinin adlı-sanlı şəxsləri ilə birlikdə xilafət mərkəzinə hörmətlə dəvət etdi.
Həzrət İmam Riza (əleyhissəlam) Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun çox təkid etdikdən və İmam Riza (əleyhissəlam) ilə onun arasında çoxlu məktublaşmalar olduqdan sonra nəhayət, o Həzrət Əli əleyhissəlamın nəslindən olan bir dəstə adlı-sanlı şəxslərlə birlikdə Mərv şəhərinə gətirtmişdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət İmam Riza əleyhissəlamın Xorasana gətirilməsi

Məmun əvvəlcə Həzrət İmam Riza əleyhissəlamı, Əli əleyhissəlamın nəslinin adlı-sanlı şəxsləri ilə birlikdə xilafət mərkəzinə hörmətlə dəvət etdi.

Həzrət İmam Riza (əleyhissəlam) Məmunun dəvətini qəbul etmədi. Lakin Məmun çox təkid etdikdən və İmam Riza (əleyhissəlam) ilə onun arasında çoxlu məktublaşmalar olduqdan sonra nəhayət, o Həzrət Əli əleyhissəlamın nəslindən olan bir dəstə adlı-sanlı şəxslərlə birlikdə Mərv şəhərinə gətirtmişdir.

Məmun İmam Riza əleyhissəlamı gətirmək vəzifəsinə təyin olunmuş Cüludiyə və (digər bir rəvayətə görə isə) Rəca ibn Əbu-Zəhhana tapşırmışdı ki karvandakılara xüsusən də, İmam Riza əleyhissəlama lazımi hörməti etsin. Ancaq İmam Riza (əleyhissəlam) camaatı xəbərdar etsin deyə, qəsdən bu səfərdən narazı qaldığını bildirirdi. O Həzrət Mədinədən çıxmağa hazırlaşanda, qohum-əqrəbasını yığıb onlardan onun halına ağlamasını istəyərkən buyurmuşdur: “Mən bir daha öz ailəmə tərəf qayıtmayacağam.” Sonra Peyğəmbərlə (səlləllahu əleyhi və alih) vidalaşmaq məqsədilə o Həzrətin məscidinə daxil oldu. İmam neçə dəfə vidalaşsa da, yenə Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinə tərəf qayıdıb uca səslə ağladı. Müxəvvil Sistani yazır: “Bu zaman o Həzrətin yanına gəlib salam verərək səfərinin uğurlu olmasını dilədim. O buyurdu: “Mənə yaxşı-yaxşı bax cəddim (Peyğəmbərin) yanından uzaqlaşıb qürbətdə öləcək və Harunun yanında dəfn olunacağam.”

Həzrət İmam Riza əleyhissəlama xilafətin təklifi

Həzrət İmam Riza əleyhissəlamın hərəkət etdiyi karvan şəvval ayında Mərv şəhərinə çatır. Şəhərdən neçə fərsəx kənarda Məmun Fəzl ibn Səhl və Bəni-Abbasdan olan digər nümayəndələr İmam əleyhissəlamın pişavazına çıxaraq böyük ehtiramla karvanı şəhərə daxil edirlər. Məmunun əmrinə əsasən, rifah və asayiş üçün lazım olan hər cür şərait İmam əleyhissəlamın ixtiyarına qoyulur. Yol yorğunluğunun çıxması məqsədilə bir neçə gün davam edən istirahətdən sonra İmam Riza (əleyhissəlam) ilə Məmun arasında müzakirələr başlayır və Məmun hakimiyyəti qəbul etməyi İmam Riza əleyhissəlama təklif edir. İmam Riza (əleyhissəlam) bu təklifdən ciddi şəkildə imtina edir. Fəzl ibn Səhl heyrətlə deyir: “Xəlifəlik məqamını o günkü kimi heç vaxt dəyərsiz və ləyaqətsiz görmədim. Məmun hakimiyyəti Əli ibn Musa ər-Riza əleyhissəlama təklif edir o isə hakimiyyəti qəbul etmirdi.” İmam Riza əleyhissəlamın imtina edəcəyini bəlkə də, qabaqcadan təxmin etmiş Məmun dedi: “İndi ki belədir onda vəliəhdliyi qəbul et!” İmam Riza (əleyhissəlam) buyurdu: “Məni bunda da üzürlü hesab et.” Məmun bu dəfə İmam əleyhissəlamı üzürlü hesab etməyib hirsli halda bu cümləni dedi: “Ömər ibn Xəttab vəfat edərkən altı nəfərdən ibarət şura təyin etdi. Şuranın üzvlərindən biri də, Əmirəl-möminin Əli (əleyhissəlam) idi. Ömər həm də vəsiyyət etmişdi ki kim müxalifətçilik edərsə boynu vurulsun... İndi sən də mənim təklifimi qəbul etməlisən! Çünki mən bundan başqa çarə görmürəm.” Məmun əslində bu sözlərlə İmam əleyhissəlamı hədələyirdi. Sonra daha açıq şəkildə İmam əleyhissəlamı təhdid edib dedi: “Sən həmişə mənim fikrimin əksinə hərəkət edir və özünü mənim qüdrətimdən amanda görürsən. And olsun Allaha ki əgər vəliəhdlikdən imtina etsən səni güclə onu qəbul etməyə məcbur edəcəyəm. Əgər onda da qəbul etməsən səni öldürəcəyəm.” İmam Riza (əleyhissəlam) məcbur olub Məmunun təklifini qəbul edərək buyurur: “Mən vəliəhdliyi bu şərtlə qəbul edərəm ki ölkə işlərində bir dənə də olsun, hökm verməyim və hakimiyyət orqanlarında da hakim təyin edib çıxartmaq hökm və fətva vermək kimi işlərə qarışmayım.”

(ardını izləyin)

Etiketlər :

Həzrət İmam Rza əleyhissəlamın həyatına bir baxış