Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti

02 May 2024

05:17

۱,۲۷۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1438-ci il zil-qədə ayının 29-u və miladi 2017-ci il avqustun 22-i imamət səmasının doqquzuncu parlaq ulduzu Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. Bu əzəmətli müsibəti zəmanəmizin imamı Allah-taalanın yer üzündəki sonuncu hüccəti Həzrət Sahib əz-Zamana (əccələllahu fərəcəhuş-şərif), eləcə də bütün mömin bacı-qardaşlara başsağlığı və təsəlli deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1438-ci il zil-qədə ayının 29-u və miladi 2017-ci il avqustun 22-i imamət səmasının doqquzuncu parlaq ulduzu Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadət günüdür. Bu əzəmətli müsibəti zəmanəmizin imamı Allah-taalanın yer üzündəki sonuncu hüccəti Həzrət Sahib əz-Zamana (əccələllahu fərəcəhuş-şərif), eləcə də bütün mömin bacı-qardaşlara başsağlığı və təsəlli deyirik. Ümid edirik ki, Allah-taala əziz möminləri dünyada Əhli-Beytin (əleyhimussəlam) ziyarətindən və Qiyamət günü şəfaətindən məhrum etməsin, Amin ya Rəbbil-aləmin.

Əhli-Beyt əleyhimussəlamın dürəfşan kəlamlarından faydalanmaq niyyəti ilə Həzrət İmam Cavad əleyhissəlamdan bir neçə hədisi təqdim edirik:

«مَنْ‏ أَصْغى‏ إِلى‏ نَاطِقٍ‏ فَقَدْ عَبَدَهُ، فَإِنْ كَانَ النَّاطِقُ يُؤَدِّي عَنِ اللَّهِ- عَزَّ وَ جَلَّ- فَقَدْ عَبَدَ اللَّهَ، وَ إِنْ كَانَ النَّاطِقُ يُؤَدِّي عَنِ الشَّيْطَانِ فَقَدْ عَبَدَ الشَّيْطَانَ»

Hər kəs bir natiqə qulaq asarsa, həqiqətdə ona ibadət etmişdir. Belə olan halda, əgər həmin natiqin danışıqları Allah-taalanın buyurduqları olarsa, ona qulaq asan şəxs də Pərvərdigarı ibadət etmiş olacaqdır, amma əgər natiqin danışıqları şeytan sözləri olarsa, ona qulaq asan da şeytana ibadət etmiş sayılacaqdır.

"لا تكن‏ ولي‏ اللّه‏ في‏ العلانية، عدوّا له في السر"

Aşkarda və xalq arasında Allah-taalanın dostlarından olub, gizlində və xalqın gözündən uzaq yerdə Allah-taalanın düşmənlərindən olma. (Yəni xalq arasında riyakarlıqla yaşayıb özünü onlara Allah adamı kimi göstərib xəlvətdə şeytansifət insanlardan olma).

İltimas dua


Etiketlər :

Həzrət İmam Muhəmməd Təqi əleyhissəlamın şəhadəti