Həzrət İmam Əli ibn Muhəmməd Hadi əleyhiməssəlamın təvəllüdü

18 May 2024

11:50

۱,۱۲۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1438-ci il zil-hiccə ayının 15-i, miladi sentyabr ayının 6-ı imamət və vilayət səmasının onuncu parlaq ulduzu Həzrət İmam Əli ibn Muhəmməd Hadi əleyhiməssəlamın viladət günüdür. Bu şadlıq və sevinc gününü ilk növbədə Həzrət İmam Məhdi əleyhissəlama, eləcə də bütün müsəlmanlara, xüsusən Əhli-beyt əleyhimussəlamın vəfalı davamçılarına təbrik deyirik
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1438-ci il zil-hiccə ayının 15-i, miladi sentyabr ayının 6-ı imamət və vilayət səmasının onuncu parlaq ulduzu Həzrət İmam Əli ibn Muhəmməd Hadi əleyhiməssəlamın viladət günüdür. Bu şadlıq və sevinc gününü ilk növbədə Həzrət İmam Məhdi əleyhissəlama, eləcə də bütün müsəlmanlara, xüsusən Əhli-beyt əleyhimussəlamın vəfalı davamçılarına təbrik deyirik.

Əhli-beytin onuncu imamı, Həzrət Əliyyən-Nəqi (əleyhissəlam) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası Həzrət İmam Cavad (əleyhissəlam) anası isə hörmətli Səmanə xanım olmuşdur. O elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi.)Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.

İmam Hadi (əleyhissəlam) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz iki il ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuşdur.

Həzrət İmam Hadi əleyhissəlamın Mədinədən Samirraya gətirilməsi

Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamı öz nəzarəti altına almaq üçün ata-babalarının yolunu davam etdirir nəyin bahasına olursa olsun, fikrini o Həzrət barədə rahat etmək istəyirdi. Bundan qabaq Məmunun İmam əleyhissəlamın fəaliyyətini nəzarət altına almaqda işlətdiyi metodu müşahidə etdik. Onun İmam Cavad (əleyhissəlam) ilə qohumluq əlaqəsi yaratmasına baxmayaraq, o hətta Həzrətin evinin daxilində belə, onu nəzarət altında saxlaya bilmir. İmam Cavad (əleyhissəlam) şəhid olduqdan və İmam Əliyyən-Nəqi (əleyhissəlam) İmamət məqamına yetişdikdən sonra da bu planı həyata keçirməyin nə qədər lazım olduğunu həmin dövrün xəlifəsi çox yaxşı başa düşürdü. Çünki İmam Mədinədə qalıb xəlifənin nəzarətindən uzaq olsaydı onda bu zalım hökumət üçün çox ciddi təhlükə yarada bilərdi. Buna görə də, xəlifə (Mütəvəkkil) bu təhlükə ehtimalının qarşısını almaq məqsədilə öz palnını həyata keçirməli idi. Belə ki, Mədinə hakiminin xəlifəyə verdiyi məlumat onu həddən artıq nigaran edir və nəticədə Mütəvəkkil o Həzrəti Mədinədən Samirayya gətizdirir.

Mütəvəkkil şiələri zəiflədib onların mübariz qüvvələrini aradan götürmək üçün onlara qarşı iqtisadi təzyiq siyasətini işə salır. Şiələr o vaxta qədər hələ bu cür iqtisadi çətinliklə üzləşməmişdilər. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra şiələr daima iqtisadi çətinlik içərisində olmuşlar. Bu sahədə siyasi məqsəd daşıyan və əsas məqsədi Əli əleyhissəlamın və Bəni-Haşimin iqtisadi mövqeyini zəiflətmək olan, Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox hallara da təsadüf olunur. Bunlardan biri də, Müaviyənin şiələrə xüsusən də, Bəni-Haşimə qarşı işlətdiyi siyasət olmuşdur. Müaviyənin İmam Hüseyn əleyhissəlamdan Yezid üçün beyət alması məqsədilə irəli sürdüyü siyasətlərdən biri, özünün Mədinəyə səfəri zamanı (başqalarından fərqli olaraq) beytül-maldan Bəni-Haşimdən olanlara heç bir hədiyyə verməməsi olmuşdur. Onun bu işdən məqsədi o olmuşdur ki bəlkə İmam Hüseyn əleyhissəlamı maddi çətinliyə salıb beyət etməyə məcbur edə. Başqa bir nümunə isə (ikinci Abbasi xəlifəsi) Mənsur Dəvaniqinin iqtisadi təzyiqi olmuşdur. Mənsur camaatı acından qırmaq cəmiyyəti müflisləşdirmək proqramını çox geniş miqyasda icra edirdi. Onun isə bu işdən məqsədi, camaatın ac qalaraq ona tabe olması ona göz dikməsi bunun da nəticəsində, həmişə öz qarınlarını doyuzdurmaq fikrində olub böyük ictimai məsələlər haqqında düşünməyə macal tapmaması olmuşdur. O bir dəfə saray adamlarının toplaşdığı məclisdə yürütdüyü bu siyasətə işarə edərək demişdir: “Öz itini ac saxla qoy həmişə çörək üçün sənin ardınca düşsün.” Bu ifadə eyni zamanda müsəlman millətinin Bəni-Abbasın gözündə nə qədər aşağı səviyyədə olduğunu göstərir. Bu iqtisadi çətinlikdə şiə və Ələvilər daha çox təzyiqə məruz qalmışlar. Çünki onlar zalım xəlifələrə qarşı yönəldilmiş hərəkatın önündə dururdular. Harun ər-Rəşidin hakimiyyəti dövrü də, bu işdə istisna edilmir. Çünki o da müsəlmanların beytül-malını qəsb edərək onu kef əyləncə və eyş-işrət məclislərinə sərf etməklə şiələri öz hüquqlarından məhrum edir və bu vasitə ilə onların mübariz qüvvələrini zəiflədirdi.

İmam Əliyyən-Nəqi əleyhissəlamın dövrünün çox sıxıcı və pis dövrə təsadüf etməsinə o Həzrətin maarif təbliğ etməsi üçün geniş şəkildə azad olmamasına və o Həzrətin yaşadığı dövrün İmam Baqir (əleyhissəlam) xüsüsən də, İmam Sadiq əleyhissəlamın dövrü ilə müqayisədə böyük təfavütə malik olmasına baxmayaraq, o Həzrət belə bir pis şəraitdə İslam maarif və mədəniyyətini elmi müzakirə və bəhslər məktublar müşkülatı həll etmək suallara cavab vermək və azğın məzhəblər qarşısında düzgün fikri aşkar etməklə yanaşı, bir sıra şiə rəvayətçi alim və ziyalılar yetişdirərək onlara İslam maarifini öyrətmişdir. Onlar da öz növbəsində bu böyük maarif mirasını sonrakı nəsillərə ötürmüşlər. İslam dünyasının tanınmış alimi Şeyx Tusi o Həzrətin müxtəlif İslami elmlər sahəsindəki şagirdlərinin sayının yüz səksən beş nəfər olduğunu qeyd etmişdir. Bu şagirdlər arasında Fəzl ibn Şazan Hüseyn ibn Səid Əhvazi Əyyub ibn Nuh Əbu Əli (Həsən ibn Əli), Həsən ibn Əli Nasir Kəbir Əbdüləzim Həsəni və Osman ibn Səid Əhvazi kimi parlaq elmi və mənəvi simalar olmuşdur. Bunlardan bəziləri müxtəlif İslami elmlər sahəsində bir sıra əsərlər yazmış onların yazdığı əsərlər göstərdiyi xidmətlər tarix səhifələrində qeydə alınmışdır.

Mənbələr:

Elamul-vəra.

Əl-kamilu fit-tarix.

İmam Kazim əleyhissəlamın həyatı.

Ricali-Tusi.

Etiketlər :

İmam Əli ibn Muhəmməd Hadi əleyhiməssəlamın təvəllüdü