Həzrət Həmzənin (əleyhissəlam) şəhadəti

04 May 2024

05:15

۲۳

Xəbərin xülasəsi :
Hicri-qəməri 1445-ci il şəvval ayının 15-i, miladi 2024-cw il aprel ayının 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli əmisi və İslam hərbi qüvvələrinin sərkərdəsi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti

Hicri-qəməri 1445-ci il şəvval ayının 15-i, miladi 2024-cw il aprel ayının 24-ü həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) hörmətli əmisi və İslam hərbi qüvvələrinin sərkərdəsi həzrət Həmzənin (əleyhissəlam) şəhadət günüdür. Bu qəmli günü bütün müsəlmanlara təsəlli və başsağlığı deyirik.

Hicrətin 3-cu ilində “Uhud” döyüşü günündə həzrət Seyyiduş-şuhəda Həmzə (əleyhissəlam) və əlavə 69 nəfər müsəlman döyüşçüləri şəhadətə yetmişlər.[1] Bəzi tarixçilər Uhud döyüşünün tarixinin şəvval ayının 17-də baş verməsini qeyd etmişlər.[2]

Bu döyüşdə kafirlər və müşrüklərlə döyüşən müsəlmanların sayı 1000 nəfərə çatmışdır. Lakin belə yazırlar ki, Mədinə şəhərində olan münafiq və qəlblərində nifaq mərəzi olan ikitirəlik salmaq istəyənlərin təbliğatı nəticəsində müsəlmanlardan üç yüz nəfərə yaxını yoldan geri dönmüşlər və döyüşdə yalnız 700 nəfər müsəlman qalmışdır. Kafirlərin sayına gəldikdə isə onların 3000 nəfər olduğunu qeyd etmişlər. Bəzi tarixçilər kafirlərin 2000 yaxud 4000 və ya 5000 olduğunu da yazmışlar. Müsəlmanların məğlubiyyəti ilə nəticələnən bu döyüşdə kafir döyüşçülərindən 22, ya 23 və ya 24 nəfər qətlə yetirilmiş, müsəlmanlar isə 70 şəhid vermişlər.[3]

Uhud döyüşündə həzrət Peyğəmbəri- əkrəmi (sallallahu əleyhi və alih)  müdafiəsində son dərəcə fədakarlıq və şücaət göstərən Əmirəl-möminin Əli əleyhissəlamın bədəninə çoxlu qılınc yaraları dəymişdir. Halbuki döyüşün ortalarında həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) şəhadət şayeəsini eşidən əksər müsəlmanlar o Həzrəti döyüş meydanında tək qoyub döyüşdən qaçmışlar. Müqəddəs Qurani-kərim bu mövzuya bir neçə yerdə üstü örtülü şəkildə işarə etmişdir və Ali-İmran surəsinin 153-cü ayəsində nisbətən açıq şəkildə bu məsələni bəyan buyurmuşdur.
 

Həzrət Əli əleyhissəlamın digər döyüşlərdə olduğu kimi Uhud döyüşündə də vəsfəgəlməz şücaəti bütün tarixçilərin əsərində öz əksini tapmışdır. Yazırlar ki, döyüş əsnasında həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) həzrət Əli əleyhissəlama buyurmuşdur: Ya Əli! Eşidirsənmi, Allah-taalanın mələkləri səmadan səni alqışlayır və mədh edirlər? Rizvan adında olan bir mələk belə deyir:

"لا سيف الا ذو الفقار و لا فتی الا علی"

“Qılınclar arasında ancaq Zulfüqar, cavanlar arasında ancaq Əlidir!”

(Zülfüqar həzrət Əli əleyhissəlamın qılıncının adı olmuşdur. Bu qılıncın barəsində tarixçilər çox söz yazmışlar, lakin burada qısa şəkildə bunu demək olar ki, bu kəsici qılınc həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) tərəfindən Əmirəl-mömininə (əleyhissəlam) hədiyyə verilmişdir.)




[1] Biharul-ənvar, cild 20, səh. 18; Sireye İbn Hişam, cild 3, səh. 68

[2] Biharul-ənvar, cild 97, səh. 168

[3] Məsaruş-şiə, səh. 15


Etiketlər :

Həzrət Həmzə Seyyiduş-şuhədanın (əleyhissəlam) şəhadəti