Qədir-Xum hadisəsi və Haqq İmamla birləşmək

19 April 2024

22:09

۱,۰۸۶

Xəbərin xülasəsi :
Qədir-Xumda Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) Allah-taalanın hökmü ilə Əmirəl-Möminin Əli əleyhissəlamın imamət məqamına nəsb edilməsi hadisəsi İslam dinində imamət mövzusunun əhəmiyyəti və müsəlmanların Haqq İmam ətrafında birləşməsinin zəruriliyini daha aşkar şəkildə bildirməkdir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qədir-Xum hadisəsi və Haqq İmam (əleyhissəlam) ətrafında birləşmə

Qədir-Xumda Həzrət Rəsuləllahın (sallallahu əleyhi və alih) Allah-taalanın hökmü ilə Əmirəl-Möminin Əli əleyhissəlamın imamət məqamına nəsb edilməsi hadisəsi İslam dinində imamət mövzusunun əhəmiyyəti və müsəlmanların Haqq İmam ətrafında birləşməsinin zəruriliyini daha aşkar şəkildə bildirməkdir.

İslam dini müsəlmanlar arasında birliyə olduqca əhəmiyyət verir. Qurani-kərim buyurur:

وَاذْكُرُواْ نِعْمَة اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا

"Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz".[1]

وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمْ الْبَيِّنَاتُ وَ أُوْلَئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ‏

Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar".[2]

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ

"Həqiqətən, möminlər (dində) qardaşdırlar".[3]

إِنَّ الَّذِينَ فَرَّقُواْ دِينَهُمْ وَكَانُواْ شِيَعًا لَّسْتَ مِنْهُمْ فِي شَيْءٍ

"(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!"[4]

وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعاً وَلَا تَفَرَّقُوا "Hamılıqla Allahın ipinə möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!"  [5]وَلاَ تَنَازَعُواْ فَتَفْشَلُواْ وَتَذْهَبَ رِيحُكُمْ

"Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz".[6]

 انَّ هَذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ

"(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!"[7]

Doğrudur, Qurani-kərim çoxsaylı ayələrdə ümumdini vəhdət məsələsini dönə-dönə vurğulayır. Lakin unutmamalıyıq ki, birlik üçün hər hansı bir meyar lazımdır. Başqa sözlə desək, birlik və vəhdətə çatmaq üçün ümumi bir yol lazımdır. Heç bir meyar olmadan vəhdətdən danışmaq səmərəsizdir. Vəhdət yalnız “Qurani-samit” oxu ətrafında fırlana bilməz. Çünki, Əli (əleyhissəlam) demişkən: Quran (ayələri) müxtəlif batini və zahiri mənalara malikdir. Belə ki, onun sözlərini müxtəlif mənalara yozmaq olar. Elə buna görə də Qurani-kərim, səmavi kitab barəsində “İmam”[8](rəhbər) ifadəsini işlətməklə yanaşı həzrət İbrahimi (əleyhissəlam) nitq qabiliyyətli imam kimi təqdim edir:

وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا

Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona: ) "Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm", - dedi.[9]

Buradan məlum olur ki, nitq qabiliyyətinə malik olmayan (samit) səmavi kitablar yetərli deyillər. Deməli, natiq və danışan imama ehtiyac duyulur. Hansı ki, mübahisəli anlarda haqq-ədalət carçısı, başqa sözlə, dini birliyin mərkəzi oxu rolunu oynayır.

Bu, yuxarıda qeyd olunan “İtisam” ayəsindən[10] də asanlıqla aydınlaşır. Çünki, ayədə müsəlmanların ilahi ipdən yapışmaları əmr olunur. Bu isə o deməkdir ki, sizi qəti surətdə Allaha çatdıran şəxs, məsum və haqq imamdan başqa bir kəs deyildir. Dini vəhdətdə ən mühüm meyar və ölçü budur ki, müsəlmanların ətrafında toplaşdıqları həqiqət, səlahiyyətli bilik sahiblərinin elmi araşdırma və müzakirələri yolu ilə aydınlaşmalıdır.

(ardını izləyin)

[1] Ali-İmran surəsi, ayə 103

[2] Ali-İmran surəsi, ayə 105

[3] Hucurat surəsi, ayə 10

[4] Ənam surəsi, ayə 159

[5] Ali-İmran surəsi, ayə 103

[6] Ənfal surəsi, ayə 46

[7] Ənbiya surəsi, ayə 92

[8] Quranda səmavi kitablar haqqında buyurulur: وَمِن قَبْلِهِ كِتَابُ مُوسَى إَمَامًا وَرَحْمَةً "Ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabını (Tövratı)"(Hud,17). صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَى "İbrahimin və Musanın kitablarında!"(əl-Ə`la, 19).

[9] Bəqərə surəsi, ayə 124

[10] Ali-İmran surəsi, ayə 103

 

Etiketlər :

Qədir-Xum hadisəsi və Haqq İmamla birləşmək