Qədiri-Xum hadisəsini sübuta yetirən sənəd və mənbələr

29 March 2024

10:44

۱,۶۴۱

Xəbərin xülasəsi :
Kitabın müəllifi Mərhum Əllamə Əbdul-Hüseyn Əmini 1320-ci şəmsi ilində (miladi 1902 ) Təbriz yaxınlığında (Sərab şəhəri) dünyaya gəlmiş, həmin şəhərdə müqəddimə dərslərini sona vurub təhsilini davam etmək İraqa, Nəcəf şəhərinə yola düşmüşdür. 1361-ci ildə ictihad dərəcəsinə çatmışdır. Hicri qəməri 28 rəbius-sanidə (3 iyul 1970) ömrünü sona vurmuşdur
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Qədiri-Xum hadisəsini sübuta yetirən sənəd və mənbələr

Əl-Qədir kitabı

Kitabın müəllifi barəsində

Mərhum Əllamə Əbdul-Hüseyn Əmini 1320-ci şəmsi ilində (miladi 1902 ) Təbriz yaxınlığında (Sərab şəhəri) dünyaya gəlmiş, həmin şəhərdə müqəddimə dərslərini sona vurub təhsilini davam etmək İraqa, Nəcəf şəhərinə yola düşmüşdür. 1361-ci ildə ictihad dərəcəsinə çatmışdır. Hicri qəməri 28 rəbius-sanidə (3 iyul 1970) ömrünü sona vurmuşdur.

Əl-Qədir kitabı barədə

“Əl-qədir” adı ilə tanınan “Əl-ğədir fil-sunnəti vəl-ədəb” kitabı Qədiri-Xum hadisəsində Həzrət Əlinin (əleyhissəlam) Həzrət Peyğəmbərdən (sallallahu əleyhi və alih) sonra fasiləsiz xəlifə olması və İmamət mövzusunun isbatı barədə ərəb dilində böyük şiə alimi mərhum Əllamə Əbdul-Hüseyn Əmini tərəfindən yazılmışdır.

Kitab 11 cilddə tənzimlənmiş, 1-ci cildi Qədir hədisəsinin sənədinin araşdırılmasına ixtisas verilmişdir. Əllamə Əmini Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql edilən Qədir hədisəsini ən yəqin ediləcək və mütəvatir[1] hədis bilir.

O bu hədisin sənədini araşdırmaq məqsədilə əhli-sünnə mənbələrinə isnad etməklə Peyğəmbər (sallallahu əleyhi və alih) sahəsindən tutmuş və onları dərk etmiş - “tabi`in”lərdən hicri-qəməri 14-cü əsrin alimlərinə qədər hədisin sənədlərini vermişdir.

Müəllif birinci cilddə Qədir hadisəsinin rəvayət edən 110 nəfər Peyğəmbər (sallallahu əleyhi və alih) səhabəsi və 84 nəfər onları dərk etmiş - “tabi`in”lərin adını vermişdir.

Sonrakı 6 cilddə (2-7) Qədir barəsində şer deyən şairləri tanıtdırmış və onların şerlərini nəql etmişdir.

O son cildlərdə (8-11) Qədir şairlərini tanıtdırmağa davam etməklə bərabər əhli-sünnə və şiə arasında olan bəzi ixtilafları da araşdırmışdır.

Araşdırılmış mövzulardan bəziləri:

Üç xəlifənin rolu və şiələrin onlara olan iradları;

Fədək;

Əbu Talibin imanı;

Müaviyə ibn Əbi Süfyanın rəftarının araşdırılması və s.

Mərhum Əmini bu kitabın yazılması üçün müxtəlif ölkələrin kitabxanalarına o cümlədən, Hind, Misir, Suriyaya səfər etmişdir.

Əllamə Əmininin dediklərinə əsasən, bu kitabı yazmaq üçün 100.000 cild kitab görmüş və 10.000 cilddən çox kitab mütaliə etmişdir.

Kitabın yazılması 40 ildən çox vaxt aparmışdır.

Əl-Qədir kitabı barədə çox sayda kitablar, elmi risalələr yazılmışdır.

“Təkmilətul-Ğədir fil-kitabi vəs-sunnəti vəl-ədəb” adlı 4 cilddə çap edilən kitab müəllifin vəfatından sonra, onun əlyazma və yaddaş etdiyi materiallara əsasən hazırlanmışdır.

“Əl-ğədir fil-sunnəti vəl-ədəb” (Əl-Qədir) kitabının mənası “Qədir hadsəsi Quran, sünnə və ədəbiyyatda” deməkdir.

Əllamə Əmini kitabının belə adlandırmasının səbəbinin açıqlayır:

“Əgər bir kəs Qədir hədisini inkar edərsə həqiqətdə Quranı, sünnəni, ədəbiyyatı, tarixi və ərəb şerinin toplumunu inkar etmişdir”.

Çünki müəllif Qədir hədisini yəqin ediləsi sənəd və qəti dəlillərlə adı çəkilən hər üç mənbə əsasında sübuta yetirmişdir.[2]

(ardını izləyin)

[1] Hədis növü olan mütəvatir hədisdən məqsəd nəql edilən hədisin müstəqil olaraq raviləri təkrar edilməyən müxtəlif və çoxlu qollarla gəlmiş eyni məzmunda nəql edilən ən yüksək səviyyəli hədis növü nəzərdə tutulur.

[2] Təkmilətül-Ğədir”, Əllamə Əmini, cild 1, səh. 48


Etiketlər :

Qədiri-Xum hadisəsini sübuta yetirən sənəd və mənbələr