Məhərrəm ayının 9-u, Tasua günüdür

27 April 2024

00:33

۱,۴۴۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-ci il Məhərrəm ayının 9-u, miladi 2017-ci il sentyabrın 30-u Şəhidlər ağası Həzrət imam Huseyn əleyhissəlamın öz vəfalı səhabələri ilə birlikdə Aşura günündə (Məhərrəmin 10-da) Kərbəla səhrasında İslam düşmənlərinə qarşı qiyam edərək yüksək şəhadət məqamına nail olmaları ərəfəsində müsibətli tarixi hadisələrlə məşhur olan Tasua günüdür
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1439-ci il Məhərrəm ayının 9-u, miladi 2017-ci il sentyabrın 30-u Şəhidlər ağası Həzrət imam Huseyn əleyhissəlamın öz vəfalı səhabələri ilə birlikdə Aşura günündə (Məhərrəmin 10-da) Kərbəla səhrasında İslam düşmənlərinə qarşı qiyam edərək yüksək şəhadət məqamına nail olmaları ərəfəsində müsibətli tarixi hadisələrlə məşhur olan Tasua günüdür. Bu günü xalqlar arasında Əba Əbdillahil Huseyn əleyhissəlamın əziz və şücaətli qardaşı, eləcə də Həzrət Huseynin (əleyhissəlam) əlamdarı olan Həzrət Qəməri munire Bəni-Haşimin (əleyhimussəlam) günü və o böyük şəxsiyyətə həsr etmişlər.

Bu əzəmətli və son dərəcə ağır müsibəti Rəsuləllaha (sallallahu əleyhi və alih), Ummul-Əimmə Siddiqeyi-Kubraya (salamullah əleyha), Əmirəl-möminin əleyhissəlama və bütünlükdə Əhli-Beyt əleyhimussəlam, xüsusən zəmanəmizin imamı Allah-taalanın yer üzündəki sonuncu hüccəti Həzrət Sahib əz-Zamana (əccələllahu fərəcəhuş-şərif), eləcə də bütün mömin və möminə bacı-qardaşlara başsağlığı və təsəlli deyirik. Ümid edirik ki, Allah-taala əziz möminləri dünyada Əhli-Beytin (əleyhimussəlam) ziyarətindən və Qiyamət günü şəfaətindən məhrum etməsin, Amin ya Rəbbil-aləmin.

Tasua günü və Aşura gecəsinin əməlləri

Tasua gününün (Tasua günü, Aşuranın axşamıdır, yəni Aşura axşamının) əməlləri:

1. Namazlar:

Aşura gecəsi üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rəkətli namazdır. Namazın hər rəkətində "Fatihə" surəsindən sonra 50 dəfə "İxlas" surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la həvlə və la quvvatə illa billahil aliyyul-azim" zikri deyilir.

Əmirəl mö’minin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra İxlas surəsini oxu. Namazdan sonra Peyğəmbərimizə və Əhli beytinə (əleyhimussəlam) çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de.

Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq): Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar."

100 rəkət namaz. (yə’ni: sübh namazı kimi 50 namaz) hər rəkətdə Həmddən sonra 3 ixlas surəsini (yə’ni: Qulhuvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: “Sübhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vəllahu əkbər, və la həvlə və la qüvvətə illa billahil əliyil əzim.”

2. Həzrət İmam Hüseynin (əleyhissəlam) qəbri kənarında əhya saxlamaq.

3. Dua, ibadət və istiğfar etmək.

Aşura gününün əməlləri:

1. Həzrət İmam Hüseyn (əleyhissəlam) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Həzrət İmam Rza (əleyhissəlam) buyurur: "Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər".

2. İmam Hüseyn əleyhissəlamı ziyarət etmək.

3. Bu gün oruc tutmaq məkruhdur. Amma əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir

4. İmam Hüseyn (əleyhissəlam) zəvvarlarına su vermək.

5. 1000 dəfə "İxlas" surəsini oxumaq

6. "Aşura" ziyarətini oxumaq.

7. 1000 dəfə "Allahumməl`ən qətələtəl-Huseyn" zikrini demək.

İltimasi dua

Etiketlər :

Məhərrəm ayının 9-u Tasua günüdür