Məhərrəm ayının 10-u Aşura günüdür

20 April 2024

03:48

۹۵۵

Xəbərin xülasəsi :
Aşura günü Yezid ibn Muaviyənin qaniçən qoşunu həzrət İmam Huseyn əleyhissəlamı və onun 72 arxadaşlarını amansızcasına şəhadətə yetirmiş və Peyğəmbər (sallallahu əleyhi və alih) balalrını və Əhli-beyt qız-gəlinlərini əsir aparmışlar. Bu əzəmətli və faciəli müsibəti Əhli-beyt əleyhimussəlamın hüzuruna təsliyət deyir, ağamız həzrət İmam Zaman əleyhissəlamın baş sağlığımızı qəbul etməsini diləyirik
آخرین رویداد ها

 

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1439-ci il Məhərrəm ayının 10-u, miladi 2017-ci il oktyabrın 1-i bəşər tarixində ən böyük və faciəli hadisəsi, Aşura vaqiəsinin baş vermə günü ilə təsadüf edir.

Aşura günü Yezid ibn Muaviyənin qaniçən qoşunu həzrət İmam Huseyn əleyhissəlamı və onun 72 arxadaşlarını amansızcasına şəhadətə yetirmiş və Peyğəmbər (sallallahu əleyhi və alih) balalrını və Əhli-beyt qız-gəlinlərini əsir aparmışlar. Bu əzəmətli və faciəli müsibəti Əhli-beyt əleyhimussəlamın hüzuruna təsliyət deyir, ağamız həzrət İmam Zaman əleyhissəlamın baş sağlığımızı qəbul etməsini diləyirik. Həmçinin, bütün mömin bacı-qardaşlara bu böyük müsibət gününü möminlərə yaraşan tərzdə qeyd edib ürəklərdə yaşatmaq ümidi ilə hamınıza bu yolda müvəffəqiyyət arzu edirik.

Aşura gününün əməlləri.

1-Matəm saxlamaq;

2. İmam Hüseyni (ə) “Aşura” ziyarətnaməsini oxumaqla ziyarət etmək;

3. Aşura günü imam Hüseynin (ə) qatillərinə çoxlu lənət demək və o həzrətin matəminə görə şiələrin bir-birinə başsağlığı verib “İmam Hüseynin (ə) müsibətinə görə Allah sizə əcr versin!” – kimi ibarələri dilə gətirmək tövsiyə olunur.

4. İmam Hüseynin (ə) əzadarlarına, məxsusən zəvvarlarına su vermək;

5. “İxlas” surəsini təkrar-təkrar oxumaq;

6. Dörd rükət namaz qılmaq;

7. “Aşura” günü oruc niyyəti etmədən, axşamçağına qədər yeyib-içməkdən çəkinmək daha yaxşı olar. Günortadan sonra nəsə yemək istədikdə, ləzzətli-dadlı yeməklər deyil, qatıq, süd və bu kimi sadə yeməklər yeyilsin;

8. “Varis” ziyarətnaməsini oxumaq.

İltimasi dua.

 

Etiketlər :

Məhərrəm ayının 10-u Aşura günüdür