Aşura hadisəsinin təhlillərindən

20 April 2024

07:57

۹۵۶

Xəbərin xülasəsi :
Hicri-qəməri 1439-ci il Məhərrəm ayının 10-u, miladi 2017-ci il oktyabrın 1-i bəşər tarixində ən böyük və faciəli hadisəsi, Aşura vaqiəsinin baş vermə günü ilə təsadüf edir
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Hicri-qəməri 1439-ci il Məhərrəm ayının 10-u, miladi 2017-ci il oktyabrın 1-i bəşər tarixində ən böyük və faciəli hadisəsi, Aşura vaqiəsinin baş vermə günü ilə təsadüf edir. Həzrət Rəsuli-əkrəm (sallallahu əleyhi və alih) dünyasını dəyişdikdən sonra bir sıra səhabələrin gizli və müəmmalı səyləri nəticəsində başlanan xilafət çəkişmələri nəticədə 41-ci hicri ilində uzun illər həzrət Peyğəmbər (sallallahu əleyhi və alih) və müsəlmanlarla amansız mübarizə aparan və böyük islam şəxsiyyətlərinin şəhadətinə səbəb olan Əbu Sufyanın oğlu Muaviyət ibn Əbu Sufyan böyük fitnəkarlıqlar və hiyləgərliklərdən sonra xəlifəlik məqamını qəsb etdi. İyirmi il xilafət kürsüsünə söykənərək yalnız öz səltənətini və iqtidarını gücləndirmək məqsədi güdən Muaviyə 60-cı hicri ilində dünyasını dəyişərkən əyyaş və fasiq oğlu Yezidi özünə canişin təyin etdi. Bununla da müsəlman aləminin müqəddəratı şəhvətpərəst və eyş-işrət aludəsi olan təcrübəsiz bir cavanın ixtiyarına verildi. Yezid hakimiyyəti ələ keçirən kimi dərhal ümmətin tanınmış və layiqli şəxsiyyətlərini güclə də olsa özünə tabe etdirməklə meylinə və nəfsi istəklərinə münasib gördüyü hakimiyyət dairəsində özünə mane olan hər hansı bir şəxsi zərərləşdirmək və aradan aparmaq fikrini həyata keçirdi. Bu əsasla, həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) əziz nəvəsi, həzrət Əlinin və Xanım Zəhranın (əleyhiməssəlam) ürək parası, o düvrün ən hörmətli və ləyaqətli şəxsiyyəti olan həzrət İmam Huseyn əleyhissəlamı Yezidə beyət edib onun hakimiyyətini qeydsiz- şərtsiz qəbul etmək məcburiyyətində qoydular.

Həzrət İmam Huseyn əleyhissəlam bu məsələdən xəbərdar olduqda buyurur:

"فَقَالَ الْحُسَيْنُ عليه السلام:إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُونَ‏ وَ عَلَى‏ الْإِسْلَامِ‏ السَّلَامُ‏ إِذْ قَدْ بُلِيَتِ الْأُمَّةُ بِرَاعٍ مِثْلِ يَزِيدَ وَ لَقَدْ سَمِعْتُ جَدِّي رَسُولَ اللَّهِ صلي الله عليه و أله، يَقُولُ: الْخِلَافَةُ مُحَرَّمَةٌ عَلَى آلِ أَبِي سُفْيَان‏..."

“Biz Allaha məxsusuq və Onun yanına qayıdacağıq! Bir halda ki, İslam ümməti Yezid kimi bir (rəzil) şəxsin hakimiyyətinə giriftar olsa, birdəfəlik İslamla xudahafizləşmək gərəkdir. Allahın Rəsulundan (sallallahu əleyhi və alih) eşitdim ki, buyurdu: Əbu Sufyan xanədanına xilafət haramdır...”

Başqa bir yerdə Həzrət buyurur:

"أَلَا وَ إِنَّ الدَّعِيَّ ابْنَ الدَّعِيِّ قَدْ رَكَزَ بَيْنَ اثْنَتَيْنِ بَيْنَ السَّلَّةِ وَ الذِّلَّةِ وَ هَيْهَاتَ‏ مِنَّا الذِّلَّة"

“Agah olun! Bu zinazadə oğlu zinazadə (Yezid), məni iki yol ayrıcında – qılınc çəkib vuruşmaqla zillət və xarlığı qəbul etmək arasında –  seçim etməyə məcbur etmişdir! Bu zillət nə qədər biz Əhli-beytdən (əleyhimussəlam) uzaqdır...”

(ardını izləyin)

 

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən