Aşura hadisəsinin təhlillərindən (ardı)

25 April 2024

20:09

۱,۰۵۷

Xəbərin xülasəsi :
Həzrət Huseyn ibn Əli əleyhissəlam müsəlman ümmətinə zorakılıq və hiylə ilə hakim olmuş Yezidlə beyətin xarlıq və zəlalətdən başqa bir şey olmadığını elan edib, Kərbəla səhrasında sayca çox az olan, lakin qüdrətcə misli-bərabəri görünməyən dərəcədə uca və yüksək tərəfdarları ilə birlikdə Yezidin Kufə şəhərindəki qəddar hakiminin zər və zivərlə topladığı 30 minlik qaniçən və zalım ordusunun qarşısında müqavimət göstərmiş və şəhadət şərbətini içərək bəşər tarixində ən böyük igidliklər nümayiş etdirmişlər
آخرین رویداد ها

Bismilləhir-Rahmənir-Rahim

Aşura hadisəsinin təhlillərindən

Beləliklə, Həzrət Huseyn ibn Əli əleyhissəlam müsəlman ümmətinə zorakılıq və hiylə ilə hakim olmuş Yezidlə beyətin xarlıq və zəlalətdən başqa bir şey olmadığını elan edib, Kərbəla səhrasında sayca çox az olan, lakin qüdrətcə misli-bərabəri görünməyən dərəcədə uca və yüksək tərəfdarları ilə birlikdə Yezidin Kufə şəhərindəki qəddar hakiminin zər və zivərlə topladığı 30 minlik qaniçən və zalım ordusunun qarşısında müqavimət göstərmiş və şəhadət şərbətini içərək bəşər tarixində ən böyük igidliklər nümayiş etdirmişlər. Hicri 61-ci il Məhərrəm ayının 10-da baş vermiş bu vaqiənin zaman baxımından məhdud vaxtda olmasına baxmayaraq, üzərindən 1368 il keçdikdən sonra hələ də haqsevər millətlərin istiqlal və azadlıq uğrunda apardıqları mübarizənin ümid məktəbinə çevrilmişdir. Bu məktəbin tələbələri həzrət Əba Əbdillahil-Huseyn əleyhissəlamın “zillət bizdən uzaqdır” devizini özlərinə əsas tutaraq əsrlər boyu çox zalım və istibdad hökumətlərin mənhus niyyətlərini ürəklərində qoymuş və millətlərin mənəvi, iqtisadi və siyasi istiqlal yollarını işıqlandırmışlar.

Yezid ibn Muaviyə həzrət İmam Huseyn əleyhissəlamı və onun arxadaşlarını şəhadətə yetirməklə və həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) qız-gəlinlərini əsir aparmaqla kifayətlənmədi. O, sonradan “Hərrə vaqiəsi” adı ilə məşhur olan böyük bir faciəni törədərək islam tarixinə qara və pozulmaz bir ləkə saldı.

Bu vaqiənin xülasəsi belədir: Kərbəla hadisəsindən sonra Mədinə əhli Yezidin çirkin və xəbis mahiyyətini başa düşüb etiraz etməyə başladılar. Hicri 63-cü ilində xalq tərəfindən Bəni-Üməyyədən olan Mədinə valisinin (Osman ibn Məhəmməd ibn Əbu sufyanın) hakimiyyətdən çıxarılması xəbəri Yezidə çatdıqda Mədinə əhalisinin etirazını yatırtmaq məqsədilə öz qəddar sərkərdəsi Müslim ibn Uqbəni böyük ordu ilə bu şəhərə göndərmişdir. Bu qaniçən sərkərdə Mədinə şəhərini mühasirəyə aldıqdan sonra xalqın müqavimətini sındırmış, camaatın qətl və qarətinə başlamışdır. Sonradan “Müsrif” (hədsiz qan tökən) ləqəbi almış Bəni-Üməyyə sərkərdəsi Mədinə şəhərini öz ördusuna üç gün müddətinə mübah elan etmişdir. Tarixçilərin yazdıqlarına görə bu müddətdə dilə gətirilə bilməyən vəhşiliklər və əxlaqsızlıqlar baş vermişdir. Bir kiçik nümunəyə işarə edirik:

İbn Quteybə yazır: Şam əsgərlərindən biri daxil olduğu evdə bir qadının sinəsində körpəsinə süd verdiyini görüb ondan var-dövlətini tələb edir. Qadın deyir: Əsgərlər bütün mal-dövlətimi qarət etdilər. Bu sözdən qəzəblənən qansız Yezid əsgəri körpəni qadının sinəsindən qoparıb onun gözü önündə başını divara çırparaq beynini parçalayır. (Əl-İmamət vəs-siyasət, 1-ci cild, səh. 238)

(ardı var)

Etiketlər :

Aşura hadisəsinin təhlillərindən (ardı)